Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7087

Digər sorğular

Hindistanda COVID-19-a qarşı peyvəndin sınaqları keçirilir

18:31  |    14 Avqust 2020  |   E-mail  |  Çapa göndər

Hindistanın “Bharat Biotech” şirkəti tərəfindən ərsəyə gətirilən koronavirusa qarşı Covaxin adlı peyvənd dərmanının klinik sınaqlarının birinci mərhələsi uğurla keçir.

“Report” “The Economic Times”a istinadən xəbər verir ki, sınaqlar 12 şəhərdə bütövlükdə 375 könüllü üzərində aparılır.

Paytaxt Nyu-Dehli yaxınlığındakı Rohtak şəhərində yerləşən tibb institutunda keçirilən tədqiqatların rəhbəri Savita Verma bildirib ki, dərman təhlükəsizdir: "Biz könüllülərin heç birində hər hansı mənfi əlamət müşahidə etməmişik”.

Onun sözlərinə görə, bundan sonra könüllülərə ikinci doza verilərkən dərmanın immun sisteminə təsirini yoxlamaq üçün qan nümunələri toplanacaq.

Sınaqların ilk mərhələsinin ayın sonunda yekunlaşacağı bildirilir.

Qeyd edək ki, Hindistanın koronavirusa qarşı ilk peyvənd dərmanı olan Covaxin “Bharat Biotech” şirkəti ilə Hindistan Tibbi Tədqiqatlar Şurası (ICMR) tərəfindən Pune şəhərindəki Milli Virusologiya İnstitutunda birgə yaradılıb. Sınaqlar uğurla başa çatsa, dərmanı gələn ilin birinci yarısından kütləvi istehsal etmək nəzərdə tutulur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.10.2020
Bill Qeyts koronavirus peyvəndlərinin istehsal tarixini açıqladı
30.09.2020
Türkiyə məscidlərində Azərbaycan Ordusu üçün dualar edilir - VİDEO
30.09.2020
Paşinyan oğlunu Qarabağa döyüşə göndərməkdən qorxdu
29.09.2020
“Reuters” ermənilərin helikopter yalanını ifşa etdi
29.09.2020
Müharibə şəraitində Paşinyanın arvadı Ermənistandan pul çıxarır - sensasion ARAŞDIRMA