Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7082

Digər sorğular

Avqustun bu tarixindən havalar sərin keçəcək

15:10  |    13 Avqust 2020  |   E-mail  |  Çapa göndər

Bu il avqust ayının ortalarında hava sərin keçəcək.

Qazilər.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqust ayı yay fəslinin ən isti ayıdır:

"Xüsusən də son onilliklərdə ən davamiyyətli isti hava dalğaları və ən yüksək temperatur göstəriciləri məhz bu ayda qeydə alınıb. Ötən illərdən fərqli olaraq, bu il 35 dərəcədən yüksək temperatur Bakıda yalnız 1 dəfə qeydə alınıb. Ayın əvvəlindən bu günədək orta temperatur 5 gün ərzində iqlim normasından 2,3 dərəcəyədək aşağı olub".

Məlumatda qeyd edilib ki, bu cür hava şəraiti Rusiyanın cənubundan, Qara dəniz üzərindən bizim regiona atmosfer hava cəbhələrinin daxil olması ilə bağlıdır:

"Növbəti nisbətən sərin hava dalğasının təsiri avqust ayının 14-dən ikinci ongünlüyün sonunadək hiss olunacaq. Belə ki, arabir güclənən şimal küləyinin fonunda havanın temperaturu çoxillik normadan aşağı enəcək. Paytaxtda maksimal temperatur 25-30 dərəcədən yüksək olmayacaq. Rayonlarda hava arabir yağışlı olacaq".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.09.2020
Diqqət! Düşmən bu yolla da dezinformasiya yaymağa başladı - FOTO
29.09.2020
Ermənilərin öldürdüyü mülki şəxslərin sayı 12-yə çatıb
29.09.2020
MN: Ermənistana məxsus “Su-25” təyyarəsinin vurulması erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır
29.09.2020
Azərbaycanlı milyarder Fərhad Əhmədovdan ÇAĞIRIŞ
29.09.2020
Azərbaycanda 58 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib