Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7082

Digər sorğular

Bakını tərk etmək istəyən COVID-19 xəstəsi postda tutuldu

19:31  |    13 Avqust 2020  |   E-mail  |  Çapa göndər

Yaşayış yerini tərk edərək digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaradan virusa yoluxmuş şəxslər müəyyən edilərək məsuliyyətə cəlb ediliblər.

Qazilər.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsinə COVID-19 infeksiyasına yoluxmuş şəxsin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində avqustun 11-də saat 18 radələrində virusa yoluxmuş İsmayıllı rayon sakini A.Hüseynov karantin rejimi qaydalarını pozaraq idarə etdiyi “Mercedes” markalı avtomobillə Bakı şəhərindən Şamaxı rayonu istiqamətində hərəkət edərkən Bakı-Şamaxı yolunun 31-ci kilometrliyində xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş postda saxlanılıb.

Polis əməkdaşları onu Təcili Tibbi Yardım stansiyasının həkimlərinə təhvil vermişlər.Balakən Rayon Polis Şöbəsinə COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub. Müəyyən edilib ki, rayonun Qazma kənd sakini Taleh Məmmədovun koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin edilib, ancaq o, qaydaları pozaraq yaşayış yerini tərk edib. Görülmüş tədbirlərlə onun rayon ərazisində olduğu yer müəyyən edilib. Polis əməkdaşları və həkimlərin müşayiəti ilə o, Təcili Tibbi Yardım avtomobili ilə koronavirus xəstələrinin müalicə aldığı Balakən Rayon Mərkəzi Xəstənasına yerləşdirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl də T.Məmmədov yaşayış yerini tərk etdiyinə görə, onunla profilaktik söhbətlər aparılıb. Bu hərəkətinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətinə çatdırılaraq ciddi xəbərdarlıq edilib. Ancaq o, bundan nəticə çıxarmayaraq yenidən qaydaları pozub. Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci maddəsi ilə cinayət işi başlanıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.09.2020
Türkiyə də Ermənistan təyyarəsinin vurulması xəbərini təkzib etdi
29.09.2020
ErmənistanPKK Azərbaycanın mülki vətəndaşlarına birlikdə hücum edir
29.09.2020
Ermənilər hər şeyi qoyub Qarabağdan qaçır - Şəhərlər boşalır - VİDEO
29.09.2020
Ordumuz tərəfindən öldürülən erməni komandirinin vəsiqəsinin fotoları yayılıb - FOTO
29.09.2020
Rusiya KİV: Ermənilər kütləvi şəkildə Xankəndidən qaçır