Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7087

Digər sorğular

ÜST-dən virusa qarşı ilk peyvəndlə bağlı açıqlama

22:49  |    12 Avqust 2020  |   E-mail  |  Çapa göndər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a qarşı peyvəndin Rusiyanın yerli dərman vasitələrinin reyestrində qeydiyyatdan keçməsi haqda məlumatlıdır.

Qazilər.az xəbər verir ki, ÜST-dən daxil olan məlumatda qeyd olunub ki, təşkilat Rusiyadakı tədqiqatçılar və səlahiyyətli şəxslərlə təmasdadır və aparılan sınaqların təfərrüatını nəzərdən keçirməyə hazırlaşır.

"Bu, COVID-19-a qarşı ilk qeydiyyatdan keçmiş peyvənddir, digər ölkələr namizəd peyvəndlər üzərində kliniki sınaqlar aparmağa davam edirlər. Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-a qarşı peyvəndin tədqiqatına və inkişafına dair bütün irəliləyişləri alqışlayır. Təşkilat bu ilin yanvar ayından etibarən qlobal səviyyədə aparılan elmi-tədqiqat işlərinə rəhbərlikdə və prosesi sürətləndirmədə aktiv iştirak edir. Peyvənd tədqiqatını sürətləndirərkən, istehsala gedəcək peyvəndin təhlükəsiz və səmərəli olması üçün müəyyən olunan prosedurlar və inkişaf mərhələsindəki bütün addımlar həyata keçirilməlidir. ÜST dünyada bu peyvəndlərə sürətli, ədalətli və bərabər əlçatanlığın təminatını təşviq edir"- deyə açıqlamada bildirilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.10.2020
Bill Qeyts koronavirus peyvəndlərinin istehsal tarixini açıqladı
30.09.2020
Türkiyə məscidlərində Azərbaycan Ordusu üçün dualar edilir - VİDEO
30.09.2020
Paşinyan oğlunu Qarabağa döyüşə göndərməkdən qorxdu
29.09.2020
“Reuters” ermənilərin helikopter yalanını ifşa etdi
29.09.2020
Müharibə şəraitində Paşinyanın arvadı Ermənistandan pul çıxarır - sensasion ARAŞDIRMA