Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7087

Digər sorğular

Məktəblər üçün yeni tədris cədvəli - TƏKLİF

17:43  |    12 Avqust 2020  |   E-mail  |  Çapa göndər

Azərbaycanın orta məktəblərində I, V, IX siniflərin həftədə üç dəfə, ara siniflərin həftədə iki dəfə tədrisi nəzərdə tutan cədvəllər hazırlaması təklif edilir.

“Report” xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyinə yerli təhsil şöbələrindən təkliflər daxil olub.

Təkliflərdə qeyd olunur ki, X və XI siniflərdə tədris tam onlayn qaydada təşkil edilə bilər (Onların dərsdən sonra şəhərin müxtəlif ərazilərində repetitorluq fəaliyyəti ilə məşğul olaraq virus daşıyıcısı olma ehtimalları nəzərə alınır).

Eyni zamanda baza və praktiki fənlər (tədris dili, xarici dil, riyaziyyat, kimya, fizika) əyani, digər fənlər onlayn-məsafədən tədris ediləcək (qarışıq tədris modeli).

"Fiziki tərbiyə və həyat bilgisi dərsləri mütləq keçirilməli, həmin dərslərə pandemiya və sağlamlığın qorunması ilə bağlı aktual olan mövzu və idman hərəkətləri daxil edilməlidir. Bu fənlər, xüsusilə fiziki tərbiyə dərsi əlavə dərs cədvəli müəyyən olunaraq tədris oluna bilər.

Bundan başqa, tədris planlarında dərnəklər və fakültətivlərə saat ayrılmasın, operativ və mobil tədris planları müəyyənləşdirilməli, maliyyə itkisinə yol verməmək üçün real tədris planları hazırlansın", - təklifdə qeyd edilib.

Qeyd edək ki, koronavirus pandemiyasına görə orta məktəblərdə dərslər martın 3-dən təxirə salınıb, tədris yalnız onlayn şəkildə aparılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
30.09.2020
Düşmən zərbələri nəticəsində Azərbaycanda 9 məktəb zədə alıb
30.09.2020
Məktəblərdə həftəlik dərs saatlarının ümumi miqdarı müəyyən edilib
30.09.2020
Ümumi təhsil pilləsinin yeni dövlət standartı və proqramları təsdiqlənib
30.09.2020
Bu məktəblərdə əyani dərs günlərinin sayı artırıldı – RƏSMİ
30.09.2020
Nazir: “Valideynlərdə koronavirus aşkarlansa da, övladlarını məktəbə göndərirlər”