Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7073

Digər sorğular

190 manat almaq üçün 278 min şəxsin siyahısı artıq aidiyyatı banklara göndərilib

15:33  |    12 Avqust 2020  |   E-mail  |  Çapa göndər

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə birdəfəlik ödəmə (190 manat) almaq hüququ yaranan 278 min şəxsin siyahısı artıq aidiyyatı banklara göndərilib.

Qazilər.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib. O, yaxın günlərdə ödəmələrin verilməsinə başlanılacağını qeyd edib:

"Vəsait vətəndaşların may ayında birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən verilmiş bank kartlarına köçürüləcək və bu barədə onlara rəsmi məlumat göndəriləcək.

Birdəfəlik ödəmə aprel-may ayları üzrə 190 manat almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi faktiki yaşayış ünvanı Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinə və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarından olan işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal çalışan aztəminatlı şəxslərə veriləcək".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.09.2020
“Lüzumsuz ezamiyyətlər və əlaqəli xərclər azaldılmalıdır” - Baş Nazir
23.09.2020
Ağalarovlar külli miqdarda kredit götürdü
23.09.2020
Gələn ilin büdcəsində hərbi xərclərə ciddi artım nəzərdə tutulur
23.09.2020
Baş Nazir büdcə təşkilatlarını tənqid etdi: qiymətlər yüksək göstərilir
22.09.2020
Bakıda 6 avtomobil toqquşub, ölən və yaralılar var