Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7082

Digər sorğular

Rusiyalı nazirdən COVID-19 peyvəndi ilə bağlı tənqidlərə münasibət

15:07  |    12 Avqust 2020  |   E-mail  |  Çapa göndər

Rusiyanın Səhiyyə naziri Mixail Muraşko dünyada ilk dəfə olaraq Rusiyada qeydiyyatdan keçən COVID-19 peyvəndi ilə bağlı xarici həmkarlarının səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirib.

Qazilər.az APA-ya istinadla xəbər verir ki, M. Muraşko bu gün keçirdiyi brifinqdə xarici həmkarlarının tənqidi fikirlərini tamamilə əsassız adlandırıb.

Rusiyalı nazir bir çox ölkələrin tədqiqatlar üçün bu və ya digər məcburi rejimlər tətbiq etdiyini xatırladıb.

Rusiyada qeydiyyatdan keçən peyvəndlə bağlı qərarın arxasında müəyyən klinik biliklər və məlumatların dayandığını vurğulayan M. Muraşko peyvəndin yaradıldığı platformanın yaxşı öyrənildiyini və təhlükəsiz olduğunu da qeyd edib.

“Daha əvvəllər bu platformadan sintez və digər preparatların istehsalı zamanı istifadə olunub”, - deyə Səhiyyə naziri bildirib.

Qeyd edək ki, avqustun 11-də Rusiyada dünyada ilk dəfə olaraq COVID-19 infeksiyasına qarşı peyvənd qeydiyyatdan keçib. Sputnik-V adını alan peyvənd Rusiyanın Hamaley adına epidemiologiya və mikrobiologiya Mərkəzi tərəfindən hazırlanıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.09.2020
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı bəyanat yaydı
29.09.2020
ATƏT-in Daimi Şurası Dağlıq Qarabağda vəziyyətlə bağlı xüsusi iclas keçirəcək
29.09.2020
Rusiyaya məxsus yük maşınlarının Ermənistana hərəkəti dayandırılıb - İran rəsmisi
29.09.2020
Dünyada koronavirusdan ölənlərin SON STATİSTİKASI
29.09.2020
Məhv edilmiş hərbçilərin adını oxuyan erməni aparıcı efirdə ağladı - VİDEO