Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7073

Digər sorğular

Prezident “Azərsu”ya 756 min manat ayırdı - SƏRƏNCAM

11:58  |    12 Avqust 2020  |   E-mail  |  Çapa göndər

Prezident İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Qazilər.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti əhalisi 65122 nəfər olan 15 rayonun 24 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 24 ədəd subartezian quyusunun qazılmasını təmin etsinlər.

Sərəncamda göstərilən məqsədlər üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 756 min manat ayrılır.

Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.09.2020
“Lüzumsuz ezamiyyətlər və əlaqəli xərclər azaldılmalıdır” - Baş Nazir
23.09.2020
Ağalarovlar külli miqdarda kredit götürdü
23.09.2020
Gələn ilin büdcəsində hərbi xərclərə ciddi artım nəzərdə tutulur
23.09.2020
Baş Nazir büdcə təşkilatlarını tənqid etdi: qiymətlər yüksək göstərilir
22.09.2020
Bakıda 6 avtomobil toqquşub, ölən və yaralılar var