Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7082

Digər sorğular

Tramp brifinqi yarımçıq tərk etməsinin səbəbini açıqladı - VİDEO

10:19  |    12 Avqust 2020  |   E-mail  |  Çapa göndər

Ötən gün ABŞ Prezidenti Donald Trampın keçirdiyi brifinqi yarımçıq dayandırmasının təfərrüatları məlum olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Associated Press” məlumat yayıb.

Bildirilib ki, buna səbəb Merilend sakini 51 yaşlı Basil Berrimanın şübhəli hərəkətləri olub. O, brifinq başlayandan sonra Ağ Evin yaxınlığında insanları öldürməklə hədələyib.

Berriman üzərində silah olduğunu deyərək, ABŞ Təhlükəsizlik xidmətinin əməkdaşına tərəf yaxınlaşıb, eyni zamanda insanları öldürməklə bağlı fikirlər səsləndirib.

Təhlükəsizlik xidmətinin zabiti Berrimana atəş açmağa məcbur olub. Güllə yarası alan şübhəli xəstəxanaya yerləşdirilib.

Lakin onun üzərində hər hansı odlu silahın olduğunu sübut edəcək dəlilin tapılması ilə bağlı məlumat verilməyib.

Hadisə baş verən an mühafizəçilər prezidentin təhlükəsizliyini təmin etmək məqsədilə ona yaxınlaşaraq, idarə rəisinin müşayiəti ilə salonu tərk ediblər. Sonradan geri qayıtdıqda Tramp hadisə barədə jurnalistlərə məlumat verib.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.09.2020
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı bəyanat yaydı
29.09.2020
ATƏT-in Daimi Şurası Dağlıq Qarabağda vəziyyətlə bağlı xüsusi iclas keçirəcək
29.09.2020
Rusiyaya məxsus yük maşınlarının Ermənistana hərəkəti dayandırılıb - İran rəsmisi
29.09.2020
Dünyada koronavirusdan ölənlərin SON STATİSTİKASI
29.09.2020
Məhv edilmiş hərbçilərin adını oxuyan erməni aparıcı efirdə ağladı - VİDEO