Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7082

Digər sorğular

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşüb - FOTO

20:41  |    11 Avqust 2020  |   E-mail  |  Çapa göndər

11 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Qazilər.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, təkbətək görüşdən sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş baş tutub.

Nazir Mövlud Çavuşoğlu Ceyhun Bayramovu səmimi salamlayaraq, onu Türkiyədə qəbul etməkdən məmnunluq bildirib.

Tərəflər ikitərəfli gündəlikdə duran bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq münasibətlərin inkişafından məmnunluq ifadə etdi və bu münasibətlərin daha da genişləndirilməsi petspektivlərini müzakirə etdilər.

İki ölkə arasında mövcud əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda bundan sonra da davam etdiriləcəyindən əminlik ifadə edildi.

Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi sonuncu təxribatdan danışaraq, Türkiyə dövlətinin hər zaman olduğu kimi Azərbaycanın haqq mövqeyinə nümayiş etdirdiyi dəstəyi məmnunluqla qeyd etdi. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyünə hörmət və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında həllinin vacibliyi vurğulandı.

Görüşdən sonra Xarici İşlər nazirlərinin mətbuat üçün brifinqi keçirildi.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.09.2020
Rusiyada Azərbaycan və Ermənistan səfirlərinin iştirakı ilə görüş keçirilir
29.09.2020
Çavuşoğlu: “Qarabağ münaqişəsini kökündən həll etmək istəyirik”
29.09.2020
"Paşinyan İlham Əliyevə danışıqlar prosesi ilə bağlı istəklərini çatdırdı"
29.09.2020
Rusiyalı ekspert: Azərbaycan döyüşləri öz ərazisində aparır - VİDEO
29.09.2020
Hulusi Kılıç: ”Azərbaycanın qələbəsi regionda intibah yaradacaq”