Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7087

Digər sorğular

Serbiyalı nümayəndə Azərbaycana gəliş səbəbini və aparılan danışıqları açıqladı

12:45  |    11 Avqust 2020  |   E-mail  |  Çapa göndər

İki strateji tərəfdaş olan Serbiya və Azərbaycan arasında güclü dostluq münasibətləri mövcuddur. Mən inanıram ki, bu səfər və görüşlər vasitəsilə biz daha yüksək səviyyəli əməkdaşlığa nail olacağıq.

Qazilər.az Trend-ə istinadla xəbər verir ki, bunu Bakıda səfərdə olan Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili işlər naziri Neboyşa Stefanoviç jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, səfərin məqsədi əlaqələrin daha da inkişaf etdirilməsidir: “Bizim məqsədimiz yalnız təhlükısizlik sahəsində deyil, digər sahələrdə də əməkdaşlığı gücləndirməkdir. Eyni zamanda bugünki görüş zamanı biz təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etdik və həssas informasilayarın mübadiləsi, terrorizmlə mübarizə və digər mühüm istiqamətlər üzrə əməkdaşlığı genişləndrmək barədə razılığa gəldik.

Eyni zamanda biz iqtisadi sahədə əməkdaşlıq sahəsində dəmüzakirələr apardıq və hesab edirik bu sahədə əməkdaşlıq daha da dərinləşdirilə bilər. İki ölkə prezidentləri, hökumətləri və xalqları arasında həqiqi dostluq münasibətləri iqtisadi sahədə də əks oluna bilər. Biz Serbiyada fəaliyyət göstərən Azərbaycan şirkətlərinin fəaliyyətindən çox məmmunuq, onlar çox səmərəli fəaliyyət göstərirlər. Biz inanırıq ki, bu əməkdaşlıq daha da genişlənə bilər və bunun üçün böyük potensial var. Bu əməkdaşlıq hər iki tərəf üçün faydalı ola bilər. İnanıram ki, bu əməkdaşlıq gələcəkdə iki ölkəni daha da yaxınlaşdıracaq”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.10.2020
Makron Dağlıq Qarabağdakı vəziyyətə görə Putinə zəng etdi
30.09.2020
Dağlıq Qarabağın həlli üçün Ərdoğanın Putinə təklifləri olub - Çavuşoğlu
30.09.2020
Çavuşoğlu: “Azərbaycan təkbaşına öz ərazilərini azad edə bilər”
30.09.2020
Çavuşoğlu: “Ermənistanda cəsarət haradandır?”
29.09.2020
İlham Əliyev: “Suriyadan heç bir muzdlu yoxdur”