Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7082

Digər sorğular

“Azərbaycanın öz torpaqlarını müharibə yolu ilə azad etməkdən başqa yolu yoxdur” - Deputat

18:13  |    09 Avqust 2020  |   E-mail  |  Çapa göndər

Məlum olduğu kimi, Azərbaycan XİN-i Ermənistanın Livandan erməni əsilli şəxsləri Qarabağa köçürmək cəhdi ilə bağlı bəyanat verib.

Bəyanatda rəsmi İrəvanın işğaldakı torpaqlarda qanunsuz məskunlaşma aparmaq cəhdlərinin diqqət mərkəzində saxlanıldığını, bu məsələnin mütəmadi şəkildə beynəlxalq təşkilatlar qarşısında qaldırıldığı bilirilir.

Livan, Suriya və s. ölkələrdən ermənilərin Qarabağa köçününü qarşısını almaq üçün bu ölkələrdə geniş maarifləndirmə və təbliğat işinin aparılması faydalı ola bilərmi?

Qazilər.az xəbər verir ki, millət vəkili Əziz Ələkbərli sözügedən məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Ermənistanın hər fürsətdə öz çirkin niyyətlərini bir az daha artıq həyata keçirmək, o cümlədən işğal altında saxladığı Azərbaycan torpaqlarında məskunlaşmaq cəhdlərini birinci dəfə deyildir ki, müşahidə edirik. Tovuz sərhədindəki son hadisələr, ermənilərin Azərbaycandan yeni-yeni ərazilər işğal etmək cəhdləri bir daha sübut etdi ki, ermənilərlə danışıqların limiti bitmişdir. Bütün dünya şahid oldu ki, Ermənistan heç vəchlə işğal etdiyi Azərbaycan torpaqlarını xoşluqla azad etməyəcək və Azərbaycanın öz torpaqlarını müharibə yolu ilə azad etməkdən başqa yolu yoxdur.

Livanda baş vermiş partlayışdan sonra bu ölkədəki ermənilərin Qarabağa köçürülməsi cəhdini də yeni bir şey yox, Ermənistanın bu günə qədərki işğalçılıq və terrorçuluq əməllərinin davamı hesab etmək lazımdır. Azərbaycan XİN-in məsələyə operativ reaksiya verməsi, məsələ ilə bağlı beynəlxalq təşkilatları məlumatlandırması çox yaxşıdır, amma bu, heç nəyi dəyişməyəcək. Erməni öz çirkin əməllərindən heç vaxt geri durmayıb, bu gün də durmayacaq. Beynəlxalq təşkilatlar da belə hərəkətlərinə görə Ermənistana heç vaxt təzyiq göstərməyib, bundan sonra da göstərməyəcək.

Livan, Suriya və s. kimi ölkələrdən Qarabağa ermənilərin köçürülməsinin qarşısını almaq üçün bu ölkələrdə təbliğat işini genişləndirməyin, maarifləndirici iş aparmağın faydalı ola biləcəyi fikri ilə də razı deyiləm. Ümumiyyətlə, ideoloji mübarizədə ermənilərin arxasınca sürünməkdən qurtarmaq lazımdır, niyə hər dəfə erməni bu və ya digər addımı atmalı, biz isə mütləq ona cavab verməliyik? 32 ildir bu münaqişə davam edir, biz hələ təbliğatdan danışırıq. Əgər hər hansı məqamda hansısa təbliğata ehtiyac yaranırsa, deməli, müəyyən dövlət qurumları vaxtında öz işinin öhdəsindən gəlməyib, çünki bu təbliğat 32 il ərzində aparılmış olmalıydı. Cənab Prezident dəfələrlə deyib ki, müdafiə taktikasından hücum taktikasına keçmək lazımdır. Bu, ilk növbədə ideoloji işə, təbliğat işinə aiddir. Əgər biz ermənilərə qarşı effektiv ideoloji mübarizə aparmaq istəyiriksə, mütləq bu tarixi münaqişənin mahiyyətini, təfərrüatını, mənşəyini və mərhələlərini, metod və üsullarını, bu gününü və perspektivlərini öyrənən bir Elmi-Strateji Mərkəzə malik olmalıyıq. Başqa yolu yoxdur!

Bu gün-sabah Qarabağ məsələsinin həlli ilə bu məsələ bitməyəcək, erməni məsələsi yüz il sonra da bizim üçün problem olaraq qalacaq. Biz yüz il sonra da erməninin ata biləcəyi addımları bu gün proqnozlaşdırmalı, erməni o addımları atmamışdan əvvəl biz onun qarşısını almış olmalıyıq. Bunun çox asan və mümkün yolları var. Yoxsa ki, ay dolma erməninin yox, bizimdir, ay erməni bizim rəqsimizi oynadı, bizim mahnımızı oxudu... Erməni kimi vəhşi, faşizm ideologiyası ilə zəhərlənmiş bir toplumla mübarizəni bu cür məişət səviyyəsinə endirmək və bununla qürurlanmaq özünü aldatmaqdan başqa bir şey deyil”.

Moderator.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.09.2020
Artilleriya bölmələri düşmənə sarsıdıcı zərbələr endirir - VİDEO
29.09.2020
Şuşakənddə erməni qərargahı məhv edildi - ANBAAN VİDEO
29.09.2020
Düşmən Madagizdə döyüşə girməkdən imtina edir - RƏSMİ
29.09.2020
Ermənistan ordusunun alay komandiri ağır yaralanıb - RƏSMİ - FOTOSU
29.09.2020
Füzulidə düşmənin əks-hücum cəhdi dəf edilib, ermənilərin meyitləri döyüş meydanında qalıb