Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7074

Digər sorğular

Azərbaycanda daha bir general vəfat etdi - FOTO

11:51  |    09 Avqust 2020  |   E-mail  |  Çapa göndər

Azərbaycan Ordusuna ağır itki üz verib.

Qazilər.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, uzun sürən xəstəlikdən sonra istefada olan general-leytenant Məmmədov Çingiz Mustafa oğlu 2020-ci il avqust ayının 9-da vəfat edib.

Ç.Məmmədov 15 fevral 1951-ci ildə Bakı şəhərində anadan olub.

1968-ci ildə Rostov Ali Hərbi Məktəbinə daxil olub. 1973-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmət edib.

1981-ci ildə F.E.Dzerjinski adına Hərbi Akademiyaya daxil olub və oranı müvəffəqiyyətlə bitirib. Divizion komandiri, qərargah rəisi, strateji təyinatlı raket qoşunlarının alay komandiri vəzifələrində xidmət edib.

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2003-cü ildən 2014-cü ilədək isə Müdafiə nazirinin müavini vəzifələrində xidmət edib. Ç.Məmmədov 2014-cü ildə ehtiyata buraxılıb.

Onun Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilərək orden və medallarla təltif olunub və müxrəlif mükafatlara layiq görülüb. Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı idi.

İstefada olan general-leytenant Məmmədov Çingiz Mustafa oğlunun əziz xatirəsi Azərbaycan Ordusunun şəxsi heyətinin və onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

ALLAH rəhmət eləsin!


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.09.2020
Baş Prokuror və Hərbi Prokuror cəbhəboyu hərbi hissələrdə olublar - FOTO
26.09.2020
Bu yolda hərəkət məhdudlaşdırılır
26.09.2020
DTX-nın həbs etdiyi sabiq vəzifəli şəxslər məhkəməyə müraciət etdi
26.09.2020
Düşmən snayper tüfənglərindən atəşkəsi pozub
26.09.2020
Bu gündən avtobusların fəaliyyəti dayandırıldı