Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7087

Digər sorğular

Belarusdan son xəbər: 41,7 faiz...

13:30  |    09 Avqust 2020  |   E-mail  |  Çapa göndər

Belarus prezidenti vəzifəsinə seçkilərdə növbədənkənar səsvermənin nəticələri açıqlanıb.

Belarus Mərkəzi Seçki Komissiyasının saytı bildirib ki, 5 gün ərzində keçirilən növbədənkənar səsvermədə seçici fəallığı 41,7 faiz olub.

Brest vilayətində region üzrə seçicilərin siyahısına daxil edilmiş vətəndaşların 38,40 faizi səs verib. Vitebsk vilayətində bu göstərici 39,34 faiz, Qomel vilayətində 54,44 faiz, Qrodno vilayətində isə 38,60 faiz təşkil edib.

Minsk vilayətində növbədənkənar səsvermənin keçirildiyi beş günü ərzində seçicilərin 39,66 faizi, Mogilyov vilayətində 49,42 faizi, Minskdə isə 33,40 faizi səsvermə məntəqələrinə gəliblər.

Adı siyahıya daxil edilən seçicilərin ümumi sayı 6 milyon 836 min 585 nəfər olub.

Növbədənkənar səsverməyə avqustun 4-də start verilib və proses avqustun 8-dək (həmin tarix də daxil olmaqla) davam edib.

Bu gün isə yerli vaxtla 08:00-dan prezident seçkilərinə əsas sesvermə prosesi başlayıb.

Belarus Mərkəzi Seçki Komissiyası hazırkı prezident Aleksandr Lukaşenkonun, sabiq deputat Anna Kanopatskayanın, “Belarus Sosial-Demokratik Qramada” Partiyasının sədri Sergey Çereçnyanın, “Düzünü danış” Birliyinin həmsədri Andrey Dimitriyevin və tutulan bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayanın ali dövlət postuna namizədliyini qeydə alıb.

Səsvermə prosesini 248 beynəlxalq və 50 minə yaxın yerli müşahidəçi izləyir. Xarici müşahidəçilər arasında Azərbaycan Milli Məclisinin deputatları da var.

AzərTAC
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.10.2020
Bill Qeyts koronavirus peyvəndlərinin istehsal tarixini açıqladı
30.09.2020
Türkiyə məscidlərində Azərbaycan Ordusu üçün dualar edilir - VİDEO
30.09.2020
Paşinyan oğlunu Qarabağa döyüşə göndərməkdən qorxdu
29.09.2020
“Reuters” ermənilərin helikopter yalanını ifşa etdi
29.09.2020
Müharibə şəraitində Paşinyanın arvadı Ermənistandan pul çıxarır - sensasion ARAŞDIRMA