Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7074

Digər sorğular

Naxçıvan Qarnizonu Qoşunlarında hərbi andiçmə mərasimləri keçirilib - VİDEO

22:45  |    08 Avqust 2020  |   E-mail  |  Çapa göndər

Naxçıvan Qarnizonu Qoşunlarında gənc əsgərlərin hərbi andiçmə mərasimləri keçirilib.

Qazilər.az xəbər verir ki, Müdafiə Nazirliyindən bildirilib ki, Əlahiddə Ümumqoşun Orduda keçirilən andiçmə mərasimində Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra gənc əsgərlər Vətənə sədaqət andı içiblər.

Mərasimdə polkovnik Mehman Gülməmmədov gənc əsgərlərin
mənəvi-psixoloji, fiziki və döyüş hazırlığı istiqamətində keçirilən dərs və məşğələlərdən danışıb.

Gənc əsgərlər adından çıxış edən Valeh Əsədov hərbi andı qəbul etmələri münasibətilə sevincli və qürurlu olduqlarını bildirib, nümunəvi xidmət edəcəklərinə və döyüş tapşırıqlarına məsuliyyətlə yanaşacaqlarına söz verib.

Çıxışların ardından general-mayor Teymur Eyyubov Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdırıb. Bildirilib ki, Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin keçirildiyi bir vaxtda gənc əsgərlər hərbi andı qəbul edərək Ordu sıralarında peşəkar döyüşçü kimi yetişəcəklərinə söz verirlər. İnanırıq ki, bu gün hərbi andı qəbul edən gənc əsgərlərimiz “Təlimdə tər, döyüşdə zəfər” prinsipi ilə real döyüş şəraitində keçirilən təlimlərdə bütün tapşırıqları peşəkarcasına yerinə yetirən hərbçilərimiz kimi Vətənimizin müdafiəsində ayıq-sayıq dayanacaqlar.

Təbrik oxunduqdan sonra şəxsi heyətin təntənəli keçidi olub.



Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.09.2020
Bu yolda hərəkət məhdudlaşdırılır
26.09.2020
DTX-nın həbs etdiyi sabiq vəzifəli şəxslər məhkəməyə müraciət etdi
26.09.2020
Düşmən snayper tüfənglərindən atəşkəsi pozub
26.09.2020
Bu gündən avtobusların fəaliyyəti dayandırıldı
26.09.2020
Bakının küçələri yenidən dezinfeksiya edildi