Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7074

Digər sorğular

Sumqayıtda kişi hamilə arvadını dənizdə boğaraq öldürdü - TƏFƏRRÜAT

12:52  |    08 Avqust 2020  |   E-mail  |  Çapa göndər

Avqustun 7-də gecə saat 23 radələrində Sumqayıt şəhər sakini 1987-ci il təvəllüdlü Şəhanə Əhmədovanın dənizdə boğularaq ölməsi ilə bağlı məlumat daxil olub.

Qazilər.az xəbər verir ki, Sumqayıt şəhər prokurorluğundan "Report"a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla 1986-cı il təvəllüdlü Anar Əhmədovun Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən istirahət mərkəzindən dənizə birlikdə daxil olduğu hamilə arvadı Şəhanə Əhmədovanı aralarında yaranmış mübahisə nəticəsində boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Anar Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.09.2020
Ukraynada təyyarə qəzası nəticəsində ölənlərin sayı 25-ə çatdı - FOTO
25.09.2020
Ukraynada hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var
25.09.2020
Xüsusi amansızlıqla öldürülən kişinin qatili arvadı çıxdı
24.09.2020
Bakıda PUB-da yanğın, müştərilər təxliyə edildi - FOTO
24.09.2020
Ermənistanda Polad Həşimov rayonu var – Nazirlikdən cavab