Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7074

Digər sorğular

2006-cı ildən etibarən Xəzərin səviyyəsi enir - RƏSMİ

18:16  |    08 Avqust 2020  |   E-mail  |  Çapa göndər

Son 500 ildə Xəzər dənizinin ən aşağı səviyyəsi mənfi 29 metr olmaqla, 1977-ci ildə qeydə alınıb.

Qazilər.az xəbər verir ki, , bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, Xəzər dənizi qapalı su hövzəsi olduğundan onun səviyyəsində periodik olaraq dəyişmələrin şahidi oluruq:

“Xəzər dənizinin səviyyəsi 1977- ci ildə Baltik Sistemi ilə mənfi 29,00 m olmuşdur ki, bu da son 500 ildə onun ən aşağı səviyyəsi kimi qeydə alınır. Xəzərin səviyyəsi 1978-ci ildən başlayaraq ildə orta hesabla 15 sm/il sürətlə artmış və 1995-ci ildə ən yüksək səviyyəyə ( -26,50 m BS ) çatmışdır. Bu zaman dənizin səviyyəsi 1977-ci illə müqaisədə 2,50 m yüksək olmuşdur”.

U.Tağıyeva qeyd edib ki, 2006-cı ildən etibarən Xəzərin səviyyəsində müntəzəm enmə müşahidə olunur, 2020-ci ildə dənizin orta illik səviyyəsi Baltik sistemi ilə - 27,90m qeydə alınmışdır.

Xidmət rəisi əlavə edib ki, Xəzər dənizində səviyyə tərəddüdləri əsasən onun su balansı elementlərindən - onu qidalandıran çaylar və düşən yağıntının miqdarı, həmçinin su səthindən buxarlanma və Qaraboğazqol körfəzinə olan axımdan asılıdır. Bundan əlavə dəniz dibində baş verən tektonik hərəkətlər (yeraltı axınlar və s.) də dəniz səviyyəsinin dəyişməsinə xüsusi təsir göstərir. Xəzərin əsas qida mənbəyi olan Volqa çayının axımı dəniz səviyyəsinin dəyişməsində mühüm rol oynayır.

U.Tağıyeva qeyd edib ki, son illər Volqa çayının axımında da azalma müşahidə edilməkdədir:
“Ötən ilin birinci yarısı mənsəb hissədə Volqanın illik axımı 114 km3 təşkil etmişdir ki, bu da orta çoxillik normadan (146 km3) əhəmiyyətli dərəcədə azdır. Xəzər hövzəsində baş verən iqlim dəyişmələri də dəniz səviyyəsinin azalmasında başlıca amillərdən biri hesab edilir”.

Enmənin nə vaxta qədər davam edəcəyinə gəldikdə, U.Tağıyevanın sözlərinə görə, əslində, dəniz səviyyəsinin dinamikası barədə uzunmüddətli proqnoz vermək mümkün deyil: “Çünki əvvəllər də hazırlanmış uzunmüddətli səviyyə proqnozlarının heç biri özünü doğrultmadı. Xəzəryanı ölkələrin Xəzər dənizinin hidrometeorologiyası üzrə Koordinasiya Komitəsi tərəfindən (KASPKOM) beş xəzəryanı ölkənin birgə məlumatları əsasında dəniz səviyyəsinin dəyişməsi barədə yarımillik proqnozlar hazırlanır. Ən son proqnozlara əsasən demək olar ki, Xəzərin səviyyəsi 2020-ci ilin ilk kvartalında da əvvəlki illərlə müqayisədə nisbətən aşağı olacaq”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.09.2020
Ukraynada təyyarə qəzası nəticəsində ölənlərin sayı 25-ə çatdı - FOTO
25.09.2020
Ukraynada hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var
25.09.2020
Xüsusi amansızlıqla öldürülən kişinin qatili arvadı çıxdı
24.09.2020
Bakıda PUB-da yanğın, müştərilər təxliyə edildi - FOTO
24.09.2020
Ermənistanda Polad Həşimov rayonu var – Nazirlikdən cavab