Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7069

Digər sorğular

Erməni dərsliklərində “türk izi” – İrəvanda çaxnaşma düşdü

20:49  |    07 Avqust 2020  |   E-mail  |  Çapa göndər

Ermənistanda tarix dərsliklərində “türk izi”nin olması ilə bağlı qalmaqal yaranıb.

Qazilər.az Busaat.az-a istinadla xəbər verir ki, Ermənistan Elmlər Akademiyasının Tarix İnstitutu bununla bağlı Milli Təhlükəsizlik Xidmətinə müraciət edib.

Müraciətdə bildirilir ki, tarix dərsliklərini tərtib etmək üçün yeni standartlar üzərində işləyən ekspert qrupunun işində “türk izi” var. Belə ki, yeni standartlarda indiyə qədər türklərlə bağlı qəbul olunmuş “pis və ya dəhşətli insanlar” sözü dəyişdirilib. Ermənistanda hesab edirlər ki, bunu dəyişdirənlər casus ola bilər və məsələni təhlükəsizlik xidməti araşdırmalıdır.

“168 jam” saytı yazır ki, 2017-2019-cu illərdə “erməni tarixi”, “Dünya tarixi” və “Sosial elmlər” fənlərinin standartını dəyişdirən mütəxəssislər qrupunun rəhbəri Lilit Mkrtçyandır.

“Mkrtçyan və qrupa daxil olan bir neçə ekspert türklərlə birlikdə “Türk və erməni məktəblərində tarix dərsi: tənqid və alternativlər” sənədini hazırlayıb və bu sənəd Ermənistan və Türkiyədə tarix dərsliklərini tərtib edərkən hansı meyarlara riayət edilməli olduğunu izah edən bələdçi rolunu oynayır”, – sayt yazır.

Əsas narazılıq doğuran məqamlardan biri də tarix dərsliklərində vətənpərvərlik kəlməsinin azalması, əvəzində sülh sözünün çoxalması, toponimlərlə bağlıdır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.09.2020
Ermənistanın müxalif partiyaları ümumrespublika mitinqi keçirəcək
22.09.2020
Türkiyənin güclənməsi kimlərə təhlükədir - Qərbin 4 nüfuzlu nəşrindən həmlə...
21.09.2020
Tixanovskaya Belarusda etirazların illərlə davam edə biləcəyini açıqladı
21.09.2020
Livan Prezidenti: Hökumət böhranı ölkəni cəhənnəmə çevirə bilər
21.09.2020
“Qarabağ danışıqlarının bərpası üçün səyləri əsirgəməyəcəyik” - Makron