Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7087

Digər sorğular

Avqust ayı üzrə birdəfəlik ödəmənin hansı qaydada veriləcəyi açıqlandı

11:28  |    07 Avqust 2020  |   E-mail  |  Çapa göndər


"Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi yaxın günlərdə təmin ediləcək".

"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, 278 min nəfəri əhatə edəcək bu ödəmələr üçün 53 milyon manat sərf ediləcək: "Ödənişlər təkrar yoxlamalar keçirildikdən sonra veriləcək. Ümumilikdə birdəfəlik ödəmə proqramı üzrə yönəldilən vəsaitin ümumi həcmi 333 milyon manata çatacaq ki, bunun da 210 milyon manatı Dövlət Sosial Müdafiə Fondunun gəlirləri hesabına maliyyələşdiriləcək".

O bildirib ki, təqribən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edilib: "Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı verilir".

S.Babayev həmçinin xatırladıb ki, işsizlikdən sığorta ödənişlərinin də əhatə dairəsi genişlənəcək: "Həmin ödənişin təyinat şərtlərinin yumşaldılması üçün hazırlanan qanun layihəsi artıq parlamentdə müzakirə olunur. Layihə qəbul edildikdə, bu, işsizlikdən sığorta ödənişi alanların sayının artırılmasına, bu il üçün həmin sayın artıq 20 minə çatdırılmasına imkan verəcək".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.10.2020
Sadə insanlardan əsgərlərimizə daha bir jest - VİDEO
30.09.2020
MN: “Nazirliyə döyüşə qatılmaq üçün on minlərlə könüllü müraciət daxil olub”
30.09.2020
DTX erməni təxribatı ilə bağlı əhaliyə müraciət etdi
30.09.2020
Şəmistan Əlizamanlı AzTV-də “Cəbhədən xəbər” verəcək
30.09.2020
Oktyabr ayının hava proqnozu açıqlanıb