Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7074

Digər sorğular

Tiflisdən Ermənistana hərbi yüklərin aparılmasına reaksiya

21:48  |    05 Avqust 2020  |   E-mail  |  Çapa göndər


Gürcüstan tranzit yüklərlə bağlı bütün beynəlxalq qaydalara riayət edir və silah-sursatın çatdırılması qarşılıqlı razılıq əsasında həyata keçirilir.

Qaziler.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər nazirinin müavini Laşa Darsalia bildirib.

Onun sözlərinə görə, Gürcüstanın tranzit imkanlarından bir çox ölkələr istifadə edir:

“Qonşularımız Azərbaycan və Ermənistan da bu imkanlardan yararlanır. Bununla bağlı biz beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edirik. Hərbi yüklərin də daşınması ilə bağlı xüsusi qaydalar mövcuddur”.

Nazir müavini Gürcüstanın Azərbaycan və Ermənistana münasibətdə mövqeyinin aydın olduğunu deyib:

“Biz bölgədə sülh və sabitliyin tərəfdarıyıq. Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığı, Ermənistanla mehriban qonşuluq münasibətləri var”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.09.2020
Ermənistanda müxalifət lideri həbs edildi
25.09.2020
Kremldən Lukaşenko ilə bağlı kritik açıqlama: “Vəziyyət çətinləşəcək”
25.09.2020
ÜST koronavirusdan ölüm sayını proqnozlaşdırdı
25.09.2020
Erməniləri Qarsda qəbul edən bələdiyyə başçısı həbs edildi
25.09.2020
NATO Rusiya sərhədində aktivləşib - Gerasimov