Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7073

Digər sorğular

XİN: Türkiyə Beyruta yardım göndərib

21:15  |    05 Avqust 2020  |   E-mail  |  Çapa göndər


Türkiyə tərəfi Beyrutda baş vermiş güclü partlayışla bağlı Livan xalqının zəruri ehtiyaclarını qarşılamaq və fəlakət bölgəsindəki insanlara kömək məqsədilə yardım göndərib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy məlumat verib. H.Aksoy bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığı əsasında Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və Qızıl Ay Cəmiyyətinin heyətləri fəlakət bölgəsinə yardıma gedib. Türkiyə xilasedici dəstələr, təcili tibbi yardım briqadası, səhra xəstəxanası, tibbi ləvazimat və s. ilə humanitar dəstək verəcək.

Qeyd edək ki, Beyrutdakı məlum partlayışda yaralananlardan altı nəfərin Türkiyə vətəndaşı olması müəyyən edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2020
Ermənilər sosial şəbəkələrdə azərbaycanlı adı ilə təxribata başladılar - FOTO
14.09.2020
Naxçıvanda zəlzələ oldu
02.09.2020
Şabranda qardaş bacısını su kanalında boğaraq öldürdü
30.08.2020
Putinlə Lukaşenko arasında növbəti telefon danışığı olub: Yaxın günlərdə görüşəcəklər
25.08.2020
Rusiya İrəvanı silahlandırır: Daha bir razılaşma... - Video