Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7087

Digər sorğular

Beyrutda partlayışda ölənlərin sayı 113-ə çatıb

19:47  |    05 Avqust 2020  |   E-mail  |  Çapa göndər


Livanın paytaxtı Beyrut şəhərində limanda baş vermiş şiddətli partlayışda ölənlərin sayı 113-ə çatıb.

APA-nın xəbərinə görə, bu barədə “Sky News Arabia” telekanalı ölkənin Səhiyyə naziri Həmad Həsənə istinadən məlumat yayıb.

Nazir 4 minə yaxın insanın partlayış nəticəsində müxtəlif dərəcəli xəsarətlər aldığını bildirib.

Bundan əvvəl partlayışda 108 nəfərin həlak olduğu açıqlanmışdı.

Qeyd edək ki, avqustun 4-də Livan Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında yerləşən Beyrut limanında güclü partlayış baş verib.

Partlayış nəticəsində onlarla ev, avtomobil dağılıb və ya zədələnib, bir çox yaşayış kvartalında binaların şüşəsi sınıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, partlayışa 2015-ci ildə gömrük orqanları tərəfindən müsadirə olunmuş, anbarda saxlanan 2.7 min ton ammiak maddəsinin detonasiyası səbəb olub.

Ölkədə matəm, paytaxt Beyrut isə fəlakət zonası elan edilib. Beyrutda iki həftəlik fövqəladə vəziyyət rejimi tətbiq olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.10.2020
Bill Qeyts koronavirus peyvəndlərinin istehsal tarixini açıqladı
30.09.2020
Türkiyə məscidlərində Azərbaycan Ordusu üçün dualar edilir - VİDEO
30.09.2020
Paşinyan oğlunu Qarabağa döyüşə göndərməkdən qorxdu
29.09.2020
“Reuters” ermənilərin helikopter yalanını ifşa etdi
29.09.2020
Müharibə şəraitində Paşinyanın arvadı Ermənistandan pul çıxarır - sensasion ARAŞDIRMA