Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7069

Digər sorğular

İşsizlərlə bağlı yeni layihə - müddət 3 ildən 1 ilədək azaldılır

17:39  |    05 Avqust 2020  |   E-mail  |  Çapa göndər


“İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilməsi barədə yeni layihə işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə və işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsinə yönəlib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a verilən məlumata görə, hazırda qüvvədə olan qanuna əsasən işsizlikdən sığorta ödənişi işsiz kimi qeydiyyata alınmış, əmək müqaviləsinə dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisarı ilə əlaqədar xitam verilmiş və azı 3 il sığorta stajına malik olan şəxslərə təyin edilir.

Yeni qanun layihəsində həmin şəxslər üçün sığorta stajının 3 ildən 1 ilədək azaldılması təklif edilir.

Habelə, layihədə mühüm məqamlardan biri kimi, müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş şəxslərə də sığorta ödənişi verilməsi təklif olunur. Həmin təklifə əsasən, bu zaman şəxsin müddətli əmək müqaviləsi üzrə ən azı 3 il fasiləsiz iş stajı olmalıdır. Sığorta ödənişinin minimum əmək haqqı qədər və 3 ay müddətinə ödənilməsi nəzərdə tutulur.

Layihə qəbul ediləcəyi halda il ərzində 35-40 minədək işsiz şəxsin sığorta ödənişinə cəlb edilməsi mümkün olacaq.

Son illərdə sosial təminat növləri üzrə ödənişlərin təyinatının elektronlaşdırılması təmin edilib. Yeni layihədə işsizlikdən sığorta ödənişinin də elektron təyinatı mexanizminin yaradılması nəzərdə tutulub. Bu da işsiz şəxslərin hər hansı quruma müraciət etmədən onlara elektron qaydada işsizlikdən sığorta ödənişinin aparılmasına imkan verəcək.

“İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilməsi barədə” yeni qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin son iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb və layihə komitədə səsə qoyularaq, parlamentin plenar iclasına tövsiyə edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.09.2020
Əlilliyi olan 866 şəxsə səyyar xidmət göstərilib
21.09.2020
Daha 14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu - FOTO
21.09.2020
DSMF qadınların pensiya təyinatı barədə qaydaları açıqladı
21.09.2020
DSMF: Bundan sonra kişilərin pensiya yaşı artırılmayacaq
18.09.2020
Özünüməşğulluq proqramına qoşulmuş aztəminatlı ailələr üçün kiçik təsərrüfatlar qurulur