Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7087

Digər sorğular

Haaqadakı Xocalı abidəsinin yeri dəyişdirilib - FOTO

14:32  |    05 Avqust 2020  |   E-mail  |  Çapa göndər

Niderland Krallığının Haaqa şəhərinin "Nieuw Eykenduynen" ( "Yeni İkendinen") məzarlığında Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ucaldılmış abidənin yeri dəyişdirilib və ətrafı abadlaşdırılıb.

Qazilər.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu abidə 2007-ci ildə Holland-Azərbaycan Türk Kültür Dərnəyinin təşəbbüsü, azərbaycanlı və türk toplumunun maliyyə dəstəyi ilə ucaldılıb. Haaqada yaşayan soydaşlarımız hər il fevralın 26-da bu abidənin önünə toplaşırlar. Onlar ermənilər tərəfindən soyqırıma məruz qalmış Xocalı qurbanlarının xatirəsini yad edir, Xocalı həqiqətlərini yerli və dünya ictimaiyyətinin nəzərinə çatdırırlar.

Abidənin ucaldılmasının təşəbbüskarı olan Holland-Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın bildirib ki, çoxsaylı ziyarətçilərin eyni anda bu məkanda toplaşmasının qeyri-mümkün olduğunu nəzərə alan Holland-Azərbaycan Türk Kültür Dərnəyi abidənin bu məzarlıqda daha münasib yerə köçürülməsinə dair Haaqa şəhər bələdiyyəsi ilə danışıqlar aparıb. Razılıq əldə olunduqdan sonra abidə daha geniş əraziyə, insanların kütləvi hərəkət etdiyi yerə köçürülüb və ətrafı abadlaşdırılıb.

Abidənin yaxınlığındakı lövhənin üzərində Azərbaycan və Niderland dillərində Xocalı soyqırımı barədə qısa məlumat yerləşdirilib. İndi burada daha çox ziyarətçinin toplanması və anım tədbirlərinin daha yaxşı keçirilməsi üçün şərait yaradılıb.

“Haaqa şəhəri Avropanın ən böyük siyasi mərkəzlərindən biridir və burada belə bir abidənin olması Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Holland-Azərbaycan Türk Kültür Dərnəyi olaraq bu işin ərsəyə gəlməsində xidmətləri olan azərbaycanlı və türk icmalarına təşəkkür edirik”,-deyə Dərnəyin sədri İlhan Aşkın bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.09.2020
Əməkdar artist də orduya çağırıldı: döyüşlərdə iştirak edir – FOTO
29.09.2020
Ordumuz üçün könüllü qan verənlər izdiham yaratdı - VİDEO
27.09.2020
Hərbi vəziyyət elan edilməsi hansı öhdəliklər yaradır? - HÜQUQİ ŞƏRH
26.09.2020
DJ Tural Bakıda əlil arabasında olan şəxslərin yaşadığı böyük problemi göstərdi - VİDEO
22.09.2020
Hansı nazirliklər vətəndaşı binaya şortla buraxır?