Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7073

Digər sorğular

Beyrutda İran raketləri partlayıb? - Növbəti iddia

12:35  |    05 Avqust 2020  |   E-mail  |  Çapa göndər

Beyrutda partlayışın baş verdiyi “12 nömrəli anbarda” əslində İran raketlərini hazırlamaq üçün qurğular saxlanılıb.

Axar.az xəbər verir ki, bu məlumatı Rusiyanın “Novaya qazeta” qəzeti Hizbullaha yaxın mənbələrinə istinadən yayıb.

Partlayışdan dərhal sonra açıqlama verən Livan Ümumi Təhlükəsizlik Xidmətinin direktoru briqada generalı Abbas İbrahim anbarda müsadirə edilmiş partlayış təhlükəsi olan materialların saxlanıldığını və onların guya məhvə hazırlandığını bildirib. Hizbullaha yaxın olan general partlayış təhlükəsi olan materialların nə zaman və kimdən müsadirə edildiyini açıqlamayıb. Bununla belə Livanın MTV televiziyası anbarda ammonium nitratın olduğunu və onun Rusiya ticarət gəmisindən 2016-cı ildə müsadirə edildiyi haqqında məlumat yayıb.

“Novaya qazeta”nın Hizbullaha yaxın mənbəsi anbarda yüksək dəqiqliyə malik raketlərin yığılması üçün avadanlıqların saxlanıldığını deyib.

Bildirilib ki, bu raketlərin komponentləri İrandan Hizbullaha çatdırılıb:

“Bizim mənbələrimiz güman edir ki, Hizbullah bu raketləri İsrailə qarşı istifadə etmək niyyətində olub. Mənbə həmçinin əlavə edib ki, partlayışa səbəb insan faktoru olub”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.09.2020
Türkmənistanda qadınlara sürücülük vəsiqəsi verməyi dayandırıblar
24.09.2020
İranın pilotsuz uçuş aparatları ABŞ-ın hərbi gəmilərini nəzarətdə saxlayır
24.09.2020
İranın eyhamlı “qardaş təbriki” İrəvanda gündəm oldu
24.09.2020
Zelenski Ukraynada pandemiyanın ikinci dalğasının başladığını bildirdi
24.09.2020
“Bəşəriyyət pandemiya sınağından üzüağ çıxa bilmədi”