Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7087

Digər sorğular

Beyrutdakı dəhşətli partlayışın təfərrüatları: ölü sayı artır...

11:04  |    05 Avqust 2020  |   E-mail  |  Çapa göndər

Livanın Beyrut limanında 2750 ton ağırlığında amonium nitratla dolu çənin partlaması nəticəsində ölənləri sayı 100-ü ötüb, 4000 nəfərdən çox insan isə yaralanıb.

Qazilər.az xəbər verir ki, məlumatı Livan Səhiyyə Nazirliyi açıqlayıb. Ölü sayının artacağı istisna edilmir.

Livan Polis İdarəsi isə sözügedən partlayıcı maddənin 6 il öncə həyata keçirilən əməliyyat nəticəsində ələ keçirildiyini bildirib. Yerli mətbuata danışan polis rəsmilərindən biri ələ keçirilmiş olan amonium nitratın saxlanıldığı anbarda kiçik bir boşluğun qapadılması üçün qaynaq işi görülərkən partladığını söyləyib.

Partlayışın səsi o qədər güclü olub ki, Kiprdə belə eşidilib.

Livan prezidenti Mişel Aun isə partlayıcı maddənin təhlükəsiz şəraitdə saxlanılmamasının qəbuledilməz səhv olduğunu bildirib.

Ölkənin Səhiyyə Nazirliyi kimyəvi maddənin partlaması səbəbindən sağlamlıqla bağlı problemlər yarana biləcəyindən, əhaliyə ərazini tərk etmələri barədə çağırış edib.

Bu arada İsrail hökuməti partlayışla heç bir əlaqələri olmadıqlarına dair açıqlama yayıblar. Livan Hizbullahı da hadisənin İsrail tərəfindən onlara qarşı bir hücum olduğuna dair iddiları rədd edib.

Partlayış səbəbindən şəhər küçələri dağılmış avtomobillərlə dolub, həmçinin hadisə ilə əlaqədar şəhərə elektrik verilişi dayandırılıb.

Qaynarinfo.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.10.2020
Bill Qeyts koronavirus peyvəndlərinin istehsal tarixini açıqladı
30.09.2020
Türkiyə məscidlərində Azərbaycan Ordusu üçün dualar edilir - VİDEO
30.09.2020
Paşinyan oğlunu Qarabağa döyüşə göndərməkdən qorxdu
29.09.2020
“Reuters” ermənilərin helikopter yalanını ifşa etdi
29.09.2020
Müharibə şəraitində Paşinyanın arvadı Ermənistandan pul çıxarır - sensasion ARAŞDIRMA