Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7069

Digər sorğular

Tramp Beyrutdakı partlayışı "dəhşətli hücum" adlandırdı

09:56  |    05 Avqust 2020  |   E-mail  |  Çapa göndər

ABŞ prezidenti Donald Tramp Livanın paytaxtı Beyrutda onlarla insanın ölümünə və 3,7 mindən çox insanın yaralanmasına, eləcə də böyük dağıntılara səbəb olan güclü partlayışın “dəhşətli bir hücum”a bənzədiyini deyib.

APA “Al Jazeera”ya istinadən xəbər verir ki, amerikalı lider bunu Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

“Livan xalqı ilə çox yaxşı əlaqələrimiz var və biz kömək etmək üçün orada olacağıq. Bu, dəhşətli bir hücuma bənzəyir”, - Tramp belə deyib.

“Yaralananlara və onların ailələrinə dualarımızı əsirgəməyəcəyik”, - deyə ABŞ prezidenti əlavə edib.

Prezident Tramp bildirib ki, bəzi amerikalı generallarla görüşüb və onlar Beyrutdakı partlayışın hücum olması qənaətindədirlər.

Mətbuat konfransında D.Tramp baş verənləri “hücum” adlandırdığı zaman jurnalistlər ona partlayışı doğrudanmı hücum hesab etdiyinə dair sual ünvanlayıblar.

“Bəli, partlayışın xarakterinə əsaslansaq, ona (hücuma) bənzəyir. Mən bizim bəzi mükəmməl generallarımızla görüşmüşəm, onlar, deyəsən, belə düşünür. Bu, hər hansı istehsalat mənşəli partlayış deyildi. Görünür ki, onlar bunu hansısa bomba hücumu hesab edir”, - deyə Tramp sualın cavabında bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.09.2020
Ermənistanın müxalif partiyaları ümumrespublika mitinqi keçirəcək
22.09.2020
Türkiyənin güclənməsi kimlərə təhlükədir - Qərbin 4 nüfuzlu nəşrindən həmlə...
21.09.2020
Tixanovskaya Belarusda etirazların illərlə davam edə biləcəyini açıqladı
21.09.2020
Livan Prezidenti: Hökumət böhranı ölkəni cəhənnəmə çevirə bilər
21.09.2020
“Qarabağ danışıqlarının bərpası üçün səyləri əsirgəməyəcəyik” - Makron