Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7082

Digər sorğular

Fəttah Heydərovun heyrətləndirən addımı - XATİRƏ

21:30  |    04 Avqust 2020  |   E-mail  |  Çapa göndər

Bu gün səhər saatlarında vəfat edən millət vəkili Fəttah Heydərovu illər öncə verilişimizə dəvət etmişdim, gəlmişdi. Daha sonra başqa kanalda olan verilişimizə də gəldi.

Qazilər.az xəbər verir ki, bu sözləri prodüser Vasif Ayan qeyd edib.

O, Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərovla bağlı maraqlı xatirəsini bölüşüb:

“Fəttah müəllimdən başqa Fidan və Xuraman Qasımova bacılarını, Faiq Ağayev, Bilal Əliyevi də dəvət etmişdim. Veriliş bitəndən sonra xatirə şəkli çəkildi. Fəttah müəllim qəfil dedi ki, indi isə məni bu operatorlarla çəkin, istəyirəm, onlarla şəklim olsun.

Hamımız çaşıb qaldıq. Operatorlar nədənsə həmişə diqqətdən kənarda qalırlar deyə, Fəttah müəllimin bu xüsusi münasibəti təqdirəlayiq idi. Operatorlar da təəccüb içində idilər. Şəkil çəkiləndən sonra aparıcı ilə mən Fəttah müəllimi yola salmağa çıxdıq. Çox böyük diqqətlə hər ikimizə təşəkkür etdi. Sonra mənim əlimi sıxıb, “nəyə ehtiyacın var, nə köməklik edə bilərəm sənin üçün?” dedi. Vallah, elə mən də təəccüb içində idim.

Sadə adam idi. Sadəcə əlini sıxıb, təşəkkür etdim. Amma inanırsınız ki, o bunu sözgəlişi demədi?! Bir neçə dəfə gözümün içinə baxaraq səmimiyyətlə təklif etdi. Hər dəfə də heç bir şeyə ehtiyacım olmadığını bildirdim”.

Qeyd edək ki, Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov bu gün 82 yaşında dünyasını dəyişib.

Hit.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.09.2020
Əməkdar artist də orduya çağırıldı: döyüşlərdə iştirak edir – FOTO
29.09.2020
Ordumuz üçün könüllü qan verənlər izdiham yaratdı - VİDEO
27.09.2020
Hərbi vəziyyət elan edilməsi hansı öhdəliklər yaradır? - HÜQUQİ ŞƏRH
26.09.2020
DJ Tural Bakıda əlil arabasında olan şəxslərin yaşadığı böyük problemi göstərdi - VİDEO
22.09.2020
Hansı nazirliklər vətəndaşı binaya şortla buraxır?