Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7074

Digər sorğular

“Hər il Lələ təpəyə gedib onun ayağı dəfn edilən məzarını ziyarət edirik” -Şəhid anası...

19:14  |    04 Avqust 2020  |   E-mail  |  Çapa göndər

2016-cı il Şanlı aprel döyüşlərində şəhid olan əsgər Cabbarxan Hacıağayevin bu gün 24 yaşı tamam olur.

Şəhidin anası Rəyanə xanım deyir ki, 19 yaşında Cabbarxan əsgərlikdən məzuniyyətə gəlib bizimlə doğum gününü keçirdi. Bu doğum günü elə onun ailəsi ilə keçirdiyi sonuncu doğum günü olub.

Rəyanə xanım Moderator.az-a danışarkən sağ ayağı Lələ təpədə, özü isə Xocasən qəsəbəsində dəfn edilən şəhid oğlunun yoxluğuna dözməyə çalışdığını bildirib:

“Bu gün Cabbarxanın 24 yaşını onsuz qeyd etdik. Məzarı başında ona ürək sözlərimi dedim. Evdə də gəlib şəkilləriylə danışdım. Doğum günü tortunu onsuz kəsdik. Özü də deyirdi ki, “vaxt gələcək ad günlərimi mənsiz keçirəcəksiniz”. On doqquz yaşında məzuniyyətə gəlib doğum gününü bizimlə keçirdi. Elə o Cabbarxanla keçən sonuncu doğum günü oldu. Allah heç anaya övlad yarası vurmasın. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Cabbarxanın sağ ayağı Lələ təpədə, özü isə Xocasəndə dəfn edilib. Hər il Lələ təpəyə gedib onun ayağı dəfn edilən məzarını ziyarət edirik”.

Qeyd edək ki, Cabbarxan Hacıağayev 1996-cı il avqustun 4-də anadan olub. Aprel döyüşlərində şəhid olduqdan sonra ölkə başçısı tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.09.2020
XİN: Ermənistan rəhbərliyi yalançı, saxtakar, riyakar və təxribatçıdır
25.09.2020
"TRT World" Ermənistan-Azərbaycan münaqişəsi haqqında film yaydı - VİDEO
25.09.2020
PKK-nın Ermənistan-Azərbaycan münaqişəsinə qarışması Avropanın təhlükəsizliyini poza bilər
25.09.2020
Güney azərbaycanlı gənc: “Qarabağa borcumuzu ödəmək istəyirik” - VİDEO
25.09.2020
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı