Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7082

Digər sorğular

Fransada erməni təxribatı - Diaspor rəhbəri nə baş verdiyini açıqladı

14:54  |    04 Avqust 2020  |   E-mail  |  Çapa göndər


Fransada yaşayan azərbaycanlılar 12 iyul hadisələrindən sonra erməni diasporunun vandalizm və qeyri-qanuni hərəkətlərinə layiqli cavab verib və proses bu gün də davam edir.

Bunu Azvision.az -a açıqlamasında Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri Günel Səfərova deyib.

O bildirib ki, 19 iyul tarixində erməni “Daşnaküstün” partiyasının gənclər qolu və bir sıra radikal erməni təşkilatları birlikdə Azərbaycanın Parisdəki səfirliyi qarşısında icazəsiz mitinq keçiriblər.

“Qayda-qanun bilməyən, vəhşiləşmiş ermənilər səfirliyin qarşısına yığışmışdı. Onların sayı çox idi və polisin gözü qarşısında səfirliyin binasını daş-qalaq etdilər, bayrağımızı yandırdılar. Avropada “sivil” hesab edilən hərəkətlərin əksini göstərdilər və bunlar polisin gözü yanında baş verirdi. Fransada azad söz hüququ olduğundan və guya bu hüququ onlara verdikləri üçün polislər əvvəlcə ermənilərə heç nə etmədi. Amma daşlar atandan sonra artıq polis gözyaşardıcı qazdan istifadə edib, onları dağıtdı. Tovuz hadisələrindən sonra biz 16-17 iyul tarixlərində Parisin polis idarəsinə yazılı şəkildə müraciət etmişdik ki, 22 iyul tarixində Ermənistan səfriliyi qarşısında aksiya keçirək. Məktuba 48 və ya 72 saat ərzində cavab verilməli idi. Biz cavabı gözləyən zaman onlar bizim səfirliyin qarşısında vəhşilik törətdilər”.

G.Səfərova qeyd edib ki, mitinq üçün icazə alındıqdan sonra ermənilər Fransanın Daxili İşlər Nazirliyinə müraciət edib, guya azərbaycanlıların nəsə planlaşdırdıqlarını bildiriblər

“Bunu elə əminliklə qeyd ediblər ki, guya bizlər aqresiyya nümayiş etdirəcəyik və buna görə məsuliyyəti azərbaycanlılar və Fransa polisi daşıyacaq. Lakin özlərinin xəbəri olmadan onların bu hərəkəti bizim xeyrimizə oldu. Çünki biz deyirdik ki, polisin sayı çox olsun. Bizim icazəli mitinqə qadınlar, cavan qızlar, uşaqlar gəlir. Biz sivil mitinqə gedirdik və ermənilər vəhşilik edə bilərdi. Nəticədə 4 maşın Fransa jandarmaları gətirilmişdi. Ermənilər mitinq keçirməməyimiz üçün müxtəlif təxribatlara əl atdı, lakin heç biri keçərli olmadı. Biz mitinq edən zaman onlar arxadan "Hayastan" deyib qışqırır, çalıb oxuyurdular. Lakin polis onlara nə bayraq açmağa, nə də səs ucaldıcılardan istifadə etməyə icazə verdi. Bu, onları daha da hiddətləndirirdi. Onlar Azərbaycan və türk dillərində nalayiq ifadələr işlətməkdən də çəkinmirdilər”.

Diaspor nümayəndəsi vurğulayıb ki, ermənilərin məqsədi təxribat törətmək idi: “Bizim mitinqdə heç kimə heç nə olmadı. Bircə nəfərə ziyan dəymişdi. Görüş yerinə Bordodan gələn 4-5 nəfərə ermənilər hücum çəkmişdi və bunlardan biri mitinqdə çıxış edən Şahsuvar Mirzoyev idi. Ermənilər hücum edən zaman onun telefon və pul qabısını oğurlayıb, xəsarət də yetirmişdilər. Ermənilər onun telefonunun kodunu açaraq "Facebook" hesabından Ermənistan leyhinə paylaşımlar etməyə başlamışdılar”.

G.Səfərova qeyd edib ki, mitinqdə 300-ə yaxın adam var idi və Fransanın müxtəlif şəhərlərindən azərbaycanlılar və fransızlar gəlmişdilər.

“Ermənistan səfirliyi qarşısında “Qarabağa azadlıq”, “Qarabağ Azərbaycandır", “Tovuz Azərbaycandır”, “erməni işğalına son”, “erməni təcavüzünə son” şüarları səsləndirildi. Bundan əlavə, təşkilatımızın adından bir sıra rəsmi dairələrə məktublar yazdıq. 12 iyul hadisələri, eyni zamanda Qarabağ hadisələrini xatırlatmaq üçün Fransa Prezidenti Emmanuel Makrona, Xarici İşlər nazirinə, Senatın xarici əlaqələr departamentinə mətbular yazdıq. Məktublarda Fransanın Minsk qrupunun həmsədri kimi neytral mövqeyini saxlamağı və bu məsələlərdə aktiv olmasını xahiş etdik. Bundan başqa, Ermənistanın tərəfini saxlayan deputatlara da məktub yazdıq və bildirdik ki, mövqeləri düzgün deyil. Onlardan cavab gözləyirik və bir neçəsi ilə görüş təyin etmişik. Həmçinin Fransa-Azərbaycan Dialoq Assosiasiyasının sosial şəbəkə hesablarında, xüsusilə "Twitter"də erməni yönümlü və yaxud Azərbaycan əleyhinə yazılar yazan fransız deputat, yaxud dövlətdə mövqeyi olan şəxslərə cavab yazır, etiraz edirik. Gündəlik olaraq Azərbaycanda baş verən hadisələri "Twitte" vasitəsilə fransız dilində işıqlandırırıq".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.09.2020
Rusiyada Azərbaycan və Ermənistan səfirlərinin iştirakı ilə görüş keçirilir
29.09.2020
Çavuşoğlu: “Qarabağ münaqişəsini kökündən həll etmək istəyirik”
29.09.2020
"Paşinyan İlham Əliyevə danışıqlar prosesi ilə bağlı istəklərini çatdırdı"
29.09.2020
Rusiyalı ekspert: Azərbaycan döyüşləri öz ərazisində aparır - VİDEO
29.09.2020
Hulusi Kılıç: ”Azərbaycanın qələbəsi regionda intibah yaradacaq”