Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7074

Digər sorğular

Yetkinlik yaşına çatmayanların baxımsızlığı istiqamətində tədbirlər həyata keçiriləcək

12:40  |    04 Avqust 2020  |   E-mail  |  Çapa göndər


Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Sosial Xidmətlər Agentliyi yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası istiqamətində də tədbirlər həyata keçirəcək.

Nazirlikdən Qaziler.az-a verilən məlumata görə, qurum xüsusilə də yetkinlik yaşına çatmayanların tərbiyəsi, saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən, onların davranışına mənfi təsir göstərən, yaxud onlarla qəddar rəftar edən valideynlər və ya digər qanuni nümayəndələr barəsində fərdi profilaktik işlər aparacaq.

Bu məqsədlə Agentliyin Nizamnaməsində onun üçün konkret istiqamətlər üzrə hüquq və vəzifələr müəyyən edilib.

Publik hüquqi şəxs olan Agentlik sosial xidmətə ehtiyacı olan şəxslərə, ailələrə “Sosial xidmət haqqında” Qanunla müəyyən olunmuş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.09.2020
Hansı nazirliklər vətəndaşı binaya şortla buraxır?
21.09.2020
Dövlət qurumları şortikə qadağa qoya bilər? - Açıqlama
21.09.2020
Tarixçi “Arsak”la bağlı müzakirələrə nöqtə qoydu
19.09.2020
DYP-də şortik qalmaqalı - polis “olmaz”, vəkil “olar” deyir
15.09.2020
Yəhudi alimdən çağırış: "Koronavirus bizim xilaskarımızdır"