Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7074

Digər sorğular

Rusiyadan COVID-19 peyvəndiylə bağlı növbəti açıqlama

23:28  |    03 Avqust 2020  |   E-mail  |  Çapa göndər

“Rusiya gələn ilin əvvəlinə qədər ayda bir neçə milyon koronavirus peyvəndi istehsal edəcək”.

APA-nın məlumatına görə, bunu Rusiyanın Sənaye və ticarət naziri Denis Manturov TASS agentliyinə müsahibəsində deyib.

O bildirib ki, ümumi istehsal səhiyyə sisteminin ehtiyaclarından asılı olacaq: “Qamaleya Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzi tərəfindən hazırlanan ilk yerli peyvəndin seriyalı istehsalına sentyabr ayında başlanacağı gözlənilir. Eyni zamanda, ilkin hesablamalara görə, gələn ilin əvvəlinə qədər bir neçə milyona çatdırılmaqla, ayda bir neçə yüz min peyvəndin istehsalını təmin edə biləcəyik. Bu planların həyata keçirilməsindən əmin olmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, Rusiyanın 17 tədqiqat müəssisəsində 26 koronavirus peyvəndi variantı hazırlanır. Qamaleya Milli Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzi tərəfindən hazırlanmış bir peyvənd artıq könüllülər üzərində sınaqdan keçirilib. Həmçinin, Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətinin “Vektor” tədqiqat mərkəzi tərəfindən 6 fərqli texnoloji platformada peyvənd hazırlanır. Bunlardan birincisinin sentyabrda, ikincisinin isə 2020-ci ilin oktyabrında istifadəyə veriləcəyi gözlənilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.09.2020
Ermənistanda müxalifət lideri həbs edildi
25.09.2020
Kremldən Lukaşenko ilə bağlı kritik açıqlama: “Vəziyyət çətinləşəcək”
25.09.2020
ÜST koronavirusdan ölüm sayını proqnozlaşdırdı
25.09.2020
Erməniləri Qarsda qəbul edən bələdiyyə başçısı həbs edildi
25.09.2020
NATO Rusiya sərhədində aktivləşib - Gerasimov