Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7087

Digər sorğular

BNA qəzaya uğramış avtobuslar barədə məlumat yayıb

10:11  |    03 Avqust 2020  |   E-mail  |  Çapa göndər


Bu gün səhər Ziya Bünyadov prospektində qəzaya düşən "İVECO" markalı avtobuslar "BakuBus" MMC-nin istismarında olan nəqliyyat vasitələri deyil.

“Report” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, qəzaya uğrayan avtobuslar ümumiyyətlə şəhərdaxili hər hansı bir müntəzəm xətlərə aid deyil.

Xatırladaq ki, bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda "İveco" markalı iki sərnişin avtobusunun toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtobuslardan birində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.10.2020
Ermənistanın atəşi nəticəsində indiyə qədər 15 mülki şəxs həlak olub - ADLAR
30.09.2020
Hakerlərimiz Yerevanda Azərbaycan himni səsləndirdilər - VİDEO
30.09.2020
Qarabağda səngərə səpələnən erməni əsgərlərinin meyitləri - VİDEO
30.09.2020
İrandakı azərbaycanlılar Ermənistana hərbi texnika daşıyan maşınları yandırıb - VİDEO
29.09.2020
Düşmən yenidən Tərtərdə mülki əhalini atəşə tutdu, ölən var