Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6997

Digər sorğular

Putin koronavirus xəstəxanasını ziyarət etdi, heç kim onu tanımadı - VİDEO

16:23  |    01 Avqust 2020  |   E-mail  |  Çapa göndər

Koronavirus epidemiyası zamanı Kommunarkada 40 saylı xəstəxanaya baş çəkən Rusiya Prezidenti Vladimir Putini həkimlər və tibb işçiləri tanımayıb.

Qazilər.az bildirir ki, bu barədə “Rossiyskaya qazeta”ya müsahibəsində klinikanın baş həkimi Denis Protsenko məlumat verib.

Dövlət başçısı klinikada sarı qoruyucu kostyumda hərəkət edib.

“Prezidenti ancaq reanimasiya şöbəsində və qəbul bölməsində görən həkimlər, tibb bacıları sarı qoruyucu kostyumda olan adamın kimliyini axşam televiziya xəbərlərindən öyrəniblər”, - deyə Protsenko etiraf edib.

Ziyarət mart ayında, Rusiyadakı COVID-19 epidemiyası yayılmağa başlayanda baş verib. Həmin vaxt prezident baş həkimlə danışmış, pasiyentləri ziyarət etmişdi.

Bir neçə ay sonra - iyun ayının sonunda - Putin “qırmızı zona”ya etdiyi səfərin mənasını açıqlamışdı:

“Hesabatlardan öyrənmək başqa, özün gəlib hər şeyə yerində baxmaq başqa. Mən prinsipcə nə baş verməsindən asılı olmayaraq, hər zaman bu cür hərəkət etmişəm”.

Onun sözlərinə görə, hamı bu qərara qarşı olub.



Oxu.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.08.2020
Dünyada koronavirusa yoluxanların sutkalıq STATİSTİKASI
08.08.2020
ÜST 7-14 avqustu maska taxılması həftəsi elan etdi
08.08.2020
Argentinada güclü yanğın zamanı qəribə hadisə FOTOLARDA
08.08.2020
Türkiyənin vitse-prezidenti və Xarici İşlər naziri Livana səfər edib
08.08.2020
Beyrutdakı partlayışla bağlı 19 nəfər həbs edilib