Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7214

Digər sorğular

Bu gün tanınmış hərbi jurnalist İbrahim Rüstəmlinin doğum günüdür - TƏBRİK

08:00  |    01 Avqust 2020  |   E-mail  |  Çapa göndər

Bu gün tanınmış hərbi jurnalist, müharibə iştirakçısı, yazıçı polkovnik-leytenant İbrahim Rüstəmlinin doğum günüdür.

İ.Rüstəmli Qarabağ müharibəsinin ilk günlərdən cəbhə bölgələrində olmuş, əsgər və zabitlərimizin həyatından bəhs edən yazılar qələmə alıb. O, Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Şirin Mirzəyevdən müsahibə alan ilk jurnalistdir. Ş.Mirzəyevdən bəhs edən “Sərkərdə” kitabının müəllifidir. İ.Rüstəmli bir neçə maraqlı roman və povestin müəllifidir. Həm nazirlikdə çalışdığı illərdə, həm də sonrakı dövrdə Azərbaycan ordusunun təbliği ilə bağlı xeyli publisist məqalə yazıb. Onun yazıları arasında düşmən Ermənistanla bağlı tənqidi yazıları xüsusi yer tutur.

Uzun illər “Azərbaycan Ordusu” qəzetində müxtəlif vəzifələr də çalışıb, o cümlədən nəşrin Baş redaktoru olub. Bu gün pedaqoji fəaliyyətlə məşğul olan İ.Rüstəmli Ermənistan - Azərbaycan Qarabağ problemi haqqında gözəl yazılar yazmaqdadır. Qələmi ilə ordumuzu, dövlətimizi həmişə müdafiə edən İ.Rüstəmlini Qarabağ qaziləri birliyi adından təbrik edirik!

Təəssüf ki, yazmaq, düşmənə qələmi ilə ən güclü zərbələr vurmağa qadir olan bir zabit kimi Müdafiə Nazirliyi və digər rəsmi qurumlar onun imkanlarından bəhrələnmir.

QAZİLER.AZ




Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.12.2020
Şəhid ailələrinə və qazilərə azad edilmiş yerlərdə torpaq verilsin - Zahid Oruc
01.12.2020
İŞİD İmamoğlunu öldürməklə təhdid etdi
01.12.2020
İşğaldan azad edilən rayonlar üzrə təsis edilən medallar - SİYAHI - FOTO
01.12.2020
"Zəfər" ordeni 900 əyarlı qızıldan hazırlanıb - FOTO
01.12.2020
İtkin düşmüş hesab olunan hərbçilərlə bağlı AÇIQLAMA