Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6997

Digər sorğular

Azərbaycan Ordusunun ilk hərbi operatoru Seyidağa Mövsümlünün doğum günüdür

10:39  |    01 Avqust 2020  |   E-mail  |  Çapa göndər

İki il bundan əvvəl dünyasını dəyişən Azərbaycan Ordusunun ilk hərbi operatoru Seyidağa Mövsümlünün bu gün doğum günüdür.

Qazilər.az bildirir ki, xalqımız onu daha çox 1988-ci ildən başlayan xalq hərəkatından tanıyır. S.Mövsümlü xalq hərəkatını, 20 yanvar faciəsini, Xocalı soyqırımını, bütövlükdə Qarabağ müharibəsini lentə alan ilk operatorlarımızdandır.

O, 1988-ci ildən başlayaraq ermənilərin törətdikləri cinayətləri videolentə çəkmək üçün Qarabağın bütün rayonlarında, Naxçıvan və digər bölgələrimizdə olub.

İlk hərbi operatorumuz Seyidağa Mövsümlü haqda...

Seyidağa Mövsümlü 1954-cü ildə Ucar rayonunda anadan olub.

1969-cu ildə Bakı Dəmir Yolu Texnikumuna daxil olsa da, ürəyində operatorluğa bir sevgi olub. Həmin istək onu televiziya sahəsinə gətirib. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator assistenti vəzifəsində əmək fəaliyyətinə başlayıb.

Bu sahədə təhsil almaq üçün 1980-ci ildə Ümumittifaq Teleradio İnstitutuna göndərilib. Moskvada təhsilini uğurla başa vurub Bakıya qayıdaraq Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator kimi fəaliyyətini davam etdirib.

Tamaşaçıların dövlət televiziyasından sevə-sevə izlədikləri “Adı sənin, dadı mənim”, “Kökdən düşmüş piano”, “Bağışla” (3 hissəli), “Göz həkimi” “Gülüş sanatoriyası”, “Pəncərədə işıq” və digər televiziya tamaşalarının, sənədli filmlərin operatoru olub.

Dövlət televiziyasında çalışan vaxtlarında Azərbaycan Müdafiə Nazirliyinin yaratdığı ilk batalyonun - Şıxov batalyonunun ilk könüllülərindən olub. Bu batalyonda erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda qəhrəmancasına döyüşüb. İki dəfə yaralanıb.

Uzun illər Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş şair Ramiz Duyğunun, general Zaur Rzyevin təklifi ilə 19 fevral

1992-ci ildən nazirliyin mətbuat mərkəzində operator kimi işə başlayır.

2002-ci ilə qədər Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2002-ci ildən ordudan tərxis olunub və köhnə iş yerinə, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə qayıdıb.

25 iyun 2018-ci ildə vəfat edib.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.08.2020
“Dağlıq Qarabağın azad olunması an məsələsidir” - Polkovnik
07.08.2020
Rey Kərimoğlu: "Vətən sevginizi xırda hisslərə qurban verməyin" - VİDEO
07.08.2020
Şəhid generalla polkovnikin məzar daşı hazırdır - FOTO
07.08.2020
Ermənilərin təxribatı ilə bağlı BMT Baş katibinə müraciət olunub
07.08.2020
Cəbhədə son vəziyyət