Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6996

Digər sorğular

Belarus-Rusiya sərhədində gərginlik yaşanır

20:41  |    31 İyul 2020  |   E-mail  |  Çapa göndər

Belarus hakimiyyətinin Rusiya ilə münasibətləri çox korlanıb. Postsovet ölkəsinin prezidenti Aleksandr Lukaşenko az qala hər gün Kremli ittiham edir.

Qazilər.az Bizimyol.info-ya istinadla xəbər verir ki, Belarus-Rusiya sərhədində gərginlik yaşanır. Krasnaya Qorka buraxılış məntəqəsində Rusiyaya keçmək istəyən belaruslulara problem yaradılır. Müstəqil jurnalist Stepan Putilo “Telegram” kanalında bu haqda məlumat yayıb. Onun yazdığına görə, bütün buraxılış məntəqələrində Belarus vətəndaşlarına mane olurlar. Belaruslular ciddi etiraz edir. Yük və minik maşınlarının kilometrlərlə uzanan növbələri yaranıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Smolensk vilayəti üzrə idarəsi belaruslularla bağlı məlumatların xüsusi yoxlandığını təsdiq edib.

Belarus-Rusiya münasibətləri hələ Lukaşenko hökumətinin rus neftindən imtinası zamanı soyuqlaşmışdı. Son günlər isə böhran vəziyyəti yaranıb. Belarusda “Vaqner” özəl şirkətinin hərbçilərinin həbsi münasibətləri heç vaxt olmadığı qədər gərginləşdirib. Lukaşenko Rusiyanın ünvanına açıq-aşkar sərt ifadələr işlədir. Belarus dövlət başçısı rusların əli ilə çevriliş baş verməsindən çəkindiyini gizlətmir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.08.2020
Lukaşenko Putin haqda elə sirləri açdı ki… - Müsahibədən VİDEO
06.08.2020
Livanda partlayışla bağlı həbs edilənlər var
06.08.2020
Lukaşenko Putini böyük qardaş adlandırdı
06.08.2020
Lukaşenko: “Məni koronavirusa qəsdən yoluxdurublar”
05.08.2020
Ukrayna MDB-nin daha bir sazişindən çıxıb