Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6996

Digər sorğular

Siyəzəndəki yanğında ölənlər var: biri vəzifəli şəxsin qardaşıdır

19:53  |    31 İyul 2020  |   E-mail  |  Çapa göndər

Bu gün Siyəzən rayonunun Sədan kəndi ərazisində başlayan yanğın zamanı xəsarət alan iki nəfər ölüb.

Qazilər.az APA-ya istinadla xəbər verir ki, ağır yanıq xəsarətləri alan kənd sakinləri 1970-ci il təvəllüdlü Zeynalov Cahangir Əhmədşad oğlu və 1956-cı il təvəllüdlü Qanbayev Nizami Əli oğlu paytaxtda yerləşən tibb müəssisələrindən birinə çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

C. Zeynalov rayon İcra Hakimiyyətinin Sədan kəndi üzrə icra nümayəndəsinin qardaşıdır.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Siyəzən rayonunun Sədan kəndi yaxınlığında kol-kos və quru ot olan dağlıq və dağətəyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri, həmçinin Siyəzən Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri cəlb olunub.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.08.2020
SOCAR: Sumqayıt Etilen-polietilen zavodunda yanğında xəsarət alanlar var
07.08.2020
Sumqayıt Etilen-polietilen zavodunda yanğın olub, 8 nəfər xəsarət alıb
06.08.2020
Bakıda tıxac var - FOTO
04.08.2020
Beyrutdakı güclü partlayışda Baş nazirin həyat yoldaşı və qızı yaralandı - VİDEO
04.08.2020
Ermənilər Azərbaycan torpaqlarında yanğınlar törədib