Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6996

Digər sorğular

“Airbus”un pilotsuz helikopteri ilk uçuşunu edib

23:57  |    31 İyul 2020  |   E-mail  |  Çapa göndər

“Airbus Helicopters” şirkətinin VSR700 pilotsuz helikopterinin prototipi ilk uçuşunu həyata keçirib.

“Report” “Korrespondent.net”ə istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.

“Airbus Helicopters” şirkətinin baş direktoru Bryuno Evenin sözlərinə görə, VSR700-ün ilk sərbəst uçuşu Fransadakı test mərkəzində təxminən 10 dəqiqə davam edib.

Mütəxəssis bu uçuşun 2021-ci ilin sonuna planlaşdırılan dənizdə sınaqlar üçün böyük addım olduğunu qeyd edib.

Qeyd edək ki, VSR700 6,2 metr uzunluğa malikdir. O, davamlı olaraq 8 saat ərzində 6 kilometrə qədər hündürlükdə qala bilər. Pilotsuz helikopterin maksimal sürəti saatda 80 kilometrdir.

VSR700 dəniz əməliyyatları zamanı hərbi helikopterlərə və dəniz gəmilərinə yardım üçün hazırlanır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.08.2020
Lukaşenko Putin haqda elə sirləri açdı ki… - Müsahibədən VİDEO
06.08.2020
Livanda partlayışla bağlı həbs edilənlər var
06.08.2020
Lukaşenko Putini böyük qardaş adlandırdı
06.08.2020
Lukaşenko: “Məni koronavirusa qəsdən yoluxdurublar”
05.08.2020
Ukrayna MDB-nin daha bir sazişindən çıxıb