Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6996

Digər sorğular

Türkiyəli həkimlər Polad Həşimovun ailəsini ziyarət edib - VİDEO

15:27  |    31 İyul 2020  |   E-mail  |  Çapa göndər


Azərbaycanda səfərdə olan Türkiyə Milliyyətçi Həkimlər Dərnəyinin üzvləri Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlar nəticəsində şəhid olmuş general-mayor Polad Həşimovun ailəsini ziyarət ediblər. Baku.tv xəbər verir ki, türkiyəli həkimləri Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli müşayiət edib.

Dərnəyin sədr müavini Həsən Yavuzhan Baş və dərnəyin üzvü Xalid Gökalp Küçük şəhidin anası Səmayə Həşimovaya və ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, şəhid anasına Türkiyə bayrağını hədiyyə ediblər. Şəhid anası bayrağı qəbul edərək öz ehtiramını bildirib, Türkiyə xalqının və hökumətinin hər zaman Azərbaycanın yanında olmasından qürur duyduğunu deyib. Birliyin sədri Emin Həsənli hər zaman Azərbaycan hərb həkimləri ilə bərabər savaşlarda olmağa hazır olduqlarını bildirib.

Milliyyətçi Həkimlər Dərnəyinin sədr müavini Həsən Yavuzhan Baş Polad Həşimovun vətəni üçün etdiklərini yüksək qiymətləndirib. Həkim Xalid Gökalp isə Azərbaycan - Türkiyə qardaşlığı üçün əllərindən gələni etməyə hər zaman hazır olduqlarını deyib. Türkiyəli həkimlər səfər çərçivəsində digər şəhid ailələrini də ziyarət edəcək, döyüş bölgələrində və hərbi hissələrdə olacaqlar. Onlar Qurban bayramı münasibətilə Tovuz rayonunun Ağdam kəndində əhali ilə görüş keçirəcəklər.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.08.2020
Avqust ayı üzrə birdəfəlik ödəmənin hansı qaydada veriləcəyi açıqlandı
06.08.2020
Məhərrəm ayı nə vaxt başlayır? - QMİ açıqladı
06.08.2020
Azərbaycanlı həkimdən xoş xəbər: Koronavirus yaxın vaxtlarda “yox” olacaq
06.08.2020
"Biz hamımız yaxşı başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur"
06.08.2020
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib