Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6996

Digər sorğular

Prezident İlham Əliyev Nursultan Nazarbayevə zəng edib

12:56  |    31 İyul 2020  |   E-mail  |  Çapa göndər


İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevə telefonla zəng edib.

Prezident İlham Əliyev Nursultan Nazarbayevi və qardaş Qazaxıstan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, Nursultan Nazarbayevə möhkəm cansağlığı, Qazaxıstan xalqına firavanlıq arzulayıb.

Prezident İlham Əliyev Qazaxıstanın Nursultan Nazarbayevin rəhbərliyi altında böyük uğurlar qazandığını, şərəfli tarixi yol keçdiyini qeyd edib, dostluq və qardaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin inkişafında onun böyük rol oynadığını bildirib.

Göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirən Nursultan Nazarbayev öz növbəsində dövlətimizin başçısına və xalqımıza ən xoş bayram arzularını çatdırıb.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələrlə bağlı Nursultan Nazarbayevin fəxri sədr olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Azərbaycana dəstək ifadə edən bəyanatını yüksək qiymətləndirib, bunu türkdilli dövlətlərin bir-birinə qarşılıqlı dəstəyinin növbəti təzahürü kimi dəyərləndirib. Dövlətimizin başçısı bir daha türk dünyasının ağsaqqalı Nursultan Nazarbayevə möhkəm cansağlığı və fəaliyyətində yeni uğurlar arzulayıb. (AzətTac)
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.08.2020
"Qoşulmama Hərəkatı və Covid-19 Pandemiyası" mövzusunda beynəlxalq vebinar keçirilib
04.08.2020
Səfir Hoqland: “BMT Qarabağ məsələsində daha fəal mövqe tutmalıdır”
04.08.2020
Fransada erməni təxribatı - Diaspor rəhbəri nə baş verdiyini açıqladı
04.08.2020
Kolumbiyanın ölkəmizəki səfiri Azərbaycan xalqına müraciət edib
03.08.2020
"Qoşulmama Hərəkatı və Covid-19 Pandemiyası” mövzusunda vebinar keçiriləcək