Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7214

Digər sorğular

Dincəlməyi bacarmaq məqsədlərə çatmağa kömək edir

20:21  |    29 İyul 2020  |   E-mail  |  Çapa göndər

Hedonizm (həyatdan həzz almaq) sadəcə xoşbəxtlik gətirmir, həm də özünənəzarət və güclü iradəyə sahib olmaq kimi məqsədlərə çatmağa kömək edir.

“Report” xəbər verir ki, bu nəticəyə İsveçrənin Sürix Universitetinin alimləri gəlib.

Onların sözlərinə görə, insanın məqsədi müəyyən idman formasını toplamaqdırsa, ona istənilən divanda dincəlmək və ya dadlı yeməkdən həzz almaq zərər verməz. Bununla belə, araşdırmaçılar vurğulayıblar ki, gərgin iş və hedonizm epizodlarını növbəli, balanslaşdırılmış şəkildə etmək lazımdır.

Bildirilib ki, insanlar özlərini bir neçə həftə və ya ay, məsələn, sərt pəhriz çərçivəsində saxlayanda sevinməyə alışırlar. Ancaq sadəcə bir dəfə sevimli desertin dadına baxmaq onlarda günahkarlıq hissini oyadır.

“Uzunmüddətli məqsədlər haqqında düşüncələr dincəlməyə imkan vermir, ancaq bunu da etmək vacibdir”, - psixoloqlar bildiriliblər.

Qeyd olunub ki, vicdan əzabı çəkmədən dincələ bilən və ara-sıra şəxsi qaydalarını pozanlar öz yüksək rifah hissi ilə fərqlənirlər. Bundan başqa, onlarda depressiya və təşviş pozuntusu riski xeyli azalır.

“Hedonizm və uzunmüddətli məqsədlər bir-birinə zidd olmamalıdırlar. Onlar gözəl əhval üçün vacibdirlər”, - araşdırmanın həmmüəllifi Katarina Berneker söyləyib.

Qeyd edək ki, hedonizm qədim yunan filosofu Aristippin təlimidir. Təlimə görə, həzz hissi həyatda ən ali məqsəddir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.11.2020
Çində məktəb binası yerdən götürülərək 62 metr kənara çəkildi - VİDEO
19.11.2020
Hikmət Hacıyevdən maraqlı jest – VİDEO
31.10.2020
İtaliyada evlər hamburger qiymətinə satılacaq - FOTOLAR
30.10.2020
Astronomlar Yer kürəsi boyda yeni planet aşkarladılar
22.10.2020
Paşinyanın yalvarış üçün “yaratdığı” “WhatsApp” qrupu - SATİRİK VİDEOÇARX