Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6996

Digər sorğular

Qənirə Paşayeva: "Qəmbər Hüseynlinin məzarının yeri dəyişdirilməyəcək"

17:40  |    28 İyul 2020  |   E-mail  |  Çapa göndər

Tanınmış teatrşünas Anar Bürcəliyev və Gəncədən bir neçə başqa ziyalı Milli Məclisin Mədəniyyət komitəsinin sədrinə müraciət edib.

Qazilər.az-ın məlumatına görə, komitə sədri Qənirə Paşayeva bildirib ki, müraciətdə Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Qəmbər Hüseynlinin Gəncədə qəbirüstü abidəsinin yerləşdiyi ərazinin hasara alındığı, məzarın ərazidən köçürüləcəyi və yerində çoxmərtəbəli bina tikiləcəyi ilə bağlı xəbərlərdən narahatlıq ifadə edilib:

“Biz, ziyalıların bu narahatçılığını bölüşərək Mədəniyyət komitəsi adından əlaqədar orqanlara, o cümlədən Gəncə şəhər İcra hakimiyyətinin başçısı hörmətli Niyazi Bayramova rəsmi müraciət göndərdik və ölməz "Cücələrim"in müəllifi Qəmbər Hüseynlinin qəbirüstü abidəsinin yerləşiyi ərazidə ziyalıların da bildirdiyi kimi, çox mərtəbəli yaşayış binası deyil, tam əksinə tematik bir parkın olmasının qədim Gəncəmiz, bütövlükdə ölkəmiz üçün daha önəmli olması ilə bağlı fikirlərimizi də qeyd etdik. Çox sağ olsun, Niyazi müəllim bu gün aldığım məlumata görə ziyalıların, şəhər sakinlərinin narahatlığına son qoyulacağını bildirib. Eyni zamanda birmənalı şəkildə bildirib ki, görkəmli sənətkarın məzarı köçürülməyəcək və o ərazidə çoxmərtəbəli bina tikintisinə imkan verilməyəcək. Və Qəmbər Hüseynlinin məzarı öz yerində qalmaqla ziyalıların da istəyinə uyğun olaraq, sözügedən ərazidə, uşaqlar üçün tematik park yaradılacaq”.

Q. Paşayeva nəzərə çatdırıb ki, ölkə və şəhər əhəmiyyətli məsələlərdə ziyalıların, Gəncə sakinlərinin mövqeyinin dinlənilməsi çox müsbət hadisədir. Cənab Prezidentin də dəfələrlə vurğuladığı kimi, ictimai nəzarət çox vacibdir və ümumi işin xeyrinədir: “Fürsətdən istifadə edib, öz dəyərlərinə yiyə duran, haqlı səsini ucaldan ziyalılarımıza və onların səsinə səs verən şəhər icra hakimiyyəti rəhbərliyinə təşəkkür edirəm”.

Qazilər.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.08.2020
Bəy qızını qaçıran, üç övladını itirən, on dörd il sürgündə qalan Xalq artisti...
01.08.2020
“Əbülfəs Qarayev bu işləri təkbaşına görə bilməzdi” - Afaq Bəşirqızı
01.08.2020
“Ağrılardan qurtulmaq üçün zamana ehtiyacım var...” - Rasim Balayev
30.07.2020
Rasim Balayev karantinə alındı
26.07.2020
Turabovun yeni görüntüsü: Kamal Abdullanın şeiri... - Video