Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7370

Digər sorğular

Bakıda şəxslər Polis Bölməsinin qarşısında döyülüb? - RƏSMİ AÇIQLAMA - VİDEO

13:15  |    28 İyul 2020  |   E-mail  |  Çapa göndər


“Xəbər saytlarında “22-ci bölmənin qarşısında polis zorakılığı” başlığı ilə yayılan videogörüntülər tərəfimizdən tam və hərtərəfli araşdırılıb” .

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırmalar zamanı hər hansı zorakılıq, yaxud digər qanundankənar fakt təsdiqini tapmayıb:

“İyulun 27-də paytaxtın Nəsimi rayonu Fizuli və Rəşid Behbudov küçələrinin kəsişməsində nəzarət-profilaktik tədbirləri həyata keçirən polis əməkdaşları hərəkət edən üç nəfərin sənədlərini təqdim etməsini tələb edib.

Onlardan bir nəfərin icazəsi olmasına baxmayaraq, digər iki nəfər polisin qanuni tələblərinə məhəl qoymayaraq, tabesizlik göstərməklə, asayiş kecşikçilərinin ünvanlarına nalayiq ifadələr işlədiblər”.

“Keçirilən tədbirlərə şəxsiyyətləri müəyyən olunan 1996-cı təvəllüdlü A.Dadaşov, 1984-cü il təvəllüdlü S.Məstanova saxlanılaraq müvafiq polis bölməsinə dəvət olunaraq, qanunvericiliyə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə barələrində protokollar tərtib olunaraq, baxılması üçün rayon məhkəməsinə göndərilib”, - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, sosial şəbəkələrdə və bəzi saytlarda Nəsimi rayonu 22-ci Polis Bölməsinin qarşısında insident olması barədə xəbərlər yayılıb.

Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.03.2021
Dünya hərbi hələ bizi çox müzakirə edəcək... - Elgün Gəncimsoy
02.03.2021
Nuru Paşanın vəfatından 72 il ötür
25.02.2021
Xocalı soyqırımı qurbanlarının xatirəsinə işıqlı kompozisiya - VİDEO
24.02.2021
Dünya ölkələrinin intihar reytinqi - Azərbaycan neçənci yerdədir?
22.02.2021
Azərbaycanda qızları intihara sövq edən qurum...