Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6996

Digər sorğular

Turabovun yeni görüntüsü: Kamal Abdullanın şeiri... - Video

17:33  |    26 İyul 2020  |   E-mail  |  Çapa göndər


Xalq artistləri Həsənağa Turabov və Mehriban Zəkinin 1998-ci ildə Xalq yazıçısı Kamal Abdullanın “Hər şey təzədən” şeirini ifa etdikləri görüntülər ortaya çıxıb.

Kult.az xəbər verir ki, nadir görüntülər Mehriban Zəkinin arxivindən Yutuba yeni yüklənib.

Hər şey təzədən

Nələr arzuladıq, nələr qazandıq,

Hələ nələri də itirəcəyik.

Yollara sarılıb biz də uzandıq,

Yollar şahə qalxıb göyə dirəndi.

Hələ nələri də itirəcəyik,

Gözündən görürəm bu dost itəcək.

Yalın ayağıma batmaq istəyib,

Yolun ortasında tikan bitəcək.

Ən gümanlı yerə güman dalıyca -

Dənizə su üçün, göyə su üçün!

Səninki bildiyin müqəddəs, uca

Ətəyi namazlı bir arzu üçün…

Bu arzu dalıyca yüyürən zaman

Qəfildən bu gözəl nağıl bitəcək.

Tikanı hərlənən iz – dəmirdaban,

İzindən bilirəm bu dost itəcək.

Hələ nələri də itirəcəyik,

Bu dərs olmayacaq yenə də bizə.

İtmişə əvəz də gətirəcəyik -

Yenə çiyin-çiynə, yenə diz-dizə…

Hər şey təzədən?…

Hər şey təzədən!...

Həmin kadrları təqdim edirik:

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.08.2020
Bəy qızını qaçıran, üç övladını itirən, on dörd il sürgündə qalan Xalq artisti...
01.08.2020
“Əbülfəs Qarayev bu işləri təkbaşına görə bilməzdi” - Afaq Bəşirqızı
01.08.2020
“Ağrılardan qurtulmaq üçün zamana ehtiyacım var...” - Rasim Balayev
30.07.2020
Rasim Balayev karantinə alındı
28.07.2020
Qənirə Paşayeva: "Qəmbər Hüseynlinin məzarının yeri dəyişdirilməyəcək"