Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6997

Digər sorğular

Həbib Nurməhəmmədov döyüşdən imtina etdi

15:22  |    21 İyul 2020  |   E-mail  |  Çapa göndər

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov ABŞ təmsilçisi Castin Geyci ilə görüşdə iştirak etməyəcək.

"Report"un məlumatına görə, bu barədə TASS-a dağıstanlı idmançının meneceri Rizvan Maqomedov məlumat verib.

O, Nurməhəmmədovun UFC 253 çempionatına qatılmayacağını söyləyib.

Daha əvvəl Abu-Dabidəki turnirdə hər iki döyüşçü arasında görüş keçiriləcəyi planlaşdırılırdı. İyulun 3-də Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov dünyasını dəyişib.

Qeyd edək ki, Castin Geyci yüngül çəkidə müvəqqəti çempionluq titulunun sahibidir. O, mayda həmyerlisi Toni Ferqyusonu məğlub edib. 31 yaşlı idmançı keçirdiyi görüşlər ərzində 22 qələbə qazanıb, 2 dəfə uduzub. Nurməhəmmədov isə 28 qarşılaşmanın heç birində uduzmayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.08.2020
Dünya çempionu: “Şəhid olaq, təki torpağımız azad olsun” - VİDEO
23.07.2020
Cüdoçularımızın ermənilər üzərində qələbələri
17.07.2020
Dünya şöhrətli futbolçu Azərbaycanı tərk etdi, ancaq şəhidlərimizi unutmadı - FOTO
16.07.2020
İsrailli futbolçudan şəhid olan generalımızla bağlı PAYLAŞIM
15.07.2020
Rəşad Sadıqov "Qarabağ"dan getdi