Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6990

Digər sorğular

Dövlət Komitəsi bir qrup məcburi köçkünün şikayətinə münasibət bildirib

14:03  |    15 İyul 2020  |   E-mail  |  Çapa göndər

Sosial şəbəkələr üzərindən fəaliyyət göstərən bəzi KİV-lər məcburi köçkünlərin Dövlət Komitəsi əleyhinə şikayətlərini işıqlandırıb.

Bakının Yasamal rayonunda Azərbaycan Texniki Universitetinin və Azərbaycan Memarlıq və İnşaat Universitetlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış bəzi məcburi köçkünlər onlara yeni yaşayış sahəsi verilmədiyini bildirib.

Qazilər.az bildirir ki, bu barədə məlumatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Nəzərinizə çatdırırıq ki, məcburi köçkünlərə yeni mənzillər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na əsasən tənzimlənir.

İyunun 12-də yataqxanalarda aparılan videoçəkilişdəki şikayətçilərdən Füzuli rayonundan məcburi köçkün Məmmədova Zeynəb İldırım qızı oğlunun ailəsi ilə birlikdə “Qobu Park-3” yaşayış kompleksində 3 otaqlı mənzillə təmin olunub. Ailə üzvlərinin sayı 5 nəfərdir. Zeynəb Məmmədova oğlunun ailəsi ilə bir mənzildə yaşamaq istəmir, özünə ayrı mənzil tələb edir.

Digər şikayətçi - Ağdam rayonundan məcburi köçkün Səfərova Münəvvər Paşa qızı həmin rayonun Ayaq Qərvənd qəsəbəsində 3 otaqlı evlə təmin olunub. Hazırda da həmin evdə qeydiyyatdadır. Bakıda əlavə evlə təmin olunmaq istəyir.

Şikayətçi - Füzuli rayonundan məcburi köçkün Şükürova Gülnur Nüsrət və onun həyat yoldaşı Hüseynov Təbriz Hüsən oğlu – əvvəllər ayrı-ayrılıqda valideynləri ilə birgə yaşayarkən daimi qeydiyyatda olduqları rayonun ərazisində ailə tərkibində yeni yaşayış sahəsi ilə təmin olunublar. Bakıda əlavə evlə təmin olunmaq istəyir.

Şikayətçi Hüseynova Nargilə Mürsəl qızı ailəli olub, bir müddət öncə boşanıb. O özü və keçmiş həyat yoldaşı əvvəllər ayrı-ayrılıqda valideynləri ilə birgə yaşayarkən daimi qeydiyyatda olduqları rayonun ərazisində ailə tərkibində yeni yaşayış sahəsi ilə təmin olunublar. Hüseynova Nargilə boşandıqdan sonra valideynlərinin olduğu yerə - Füzuli rayonunun “Zobucuq-4” qəsəbəsində qeydiyyata düşüb.

Şikayətçi Füzuli rayonundan məcburi köçkün Əliyeva Müşkinaz Mirzə qızı 5 nəfər ailə üzvü ilə birlikdə 3 otaqlı mənzillə təmin olunub. Lakin özü üçün ayrıca mənzil tələb edir.

Şikayətçi Füzuli rayonundan məcburi köçkün Xudiyeva Elmira 6 nəfər ailə üzvü ilə birlikdə 4 otaqlı mənzillə təmin olunub. Onun da istəyi ayrıca mənzil almaqdır.

Füzuli rayonundan məcburi köçkün Bayramov Vəliməmməd Rza oğluna, onun həyat yoldaşı və qızı ilə birlikdə əvvəllər valideynlərinin ailə tərkibində yeni yaşayış sahəsi verilib. Bakıda əlavə evlə təmin olunmaq istəyir.

Əsgərova Lətifə Əsgər qızının məcburi köçkün statusu yoxdur. O, çəkiliş zamanı iddia edir ki, Dövlət Komitəsinə dəfələrlə ərizə ilə müraciət edib. Lakin komitədə aparılmış araşdırma zamanı müəyyən olunub ki, bu iddialar əsassızdır.

Yuxarıda adları göstərilən şəxslər “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 2.11.2.-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla) köçürülmə zamanı yeni yaşayış sahəsi verilmir.

Bildiririk ki, sözügedən ərazidə müvəqqəti məskunlaşmış və köçürülməsi ilə bağlı müəyyən problemlərlə qarşılaşan ailələrə yeni yaşayış sahəsi ilə təmin olunmamalarının səbəbi fərdi qaydada izah edilir. Eyni zamanda Dövlət Komitəsinin aparatın rəhbəri, köçürülmə komissiyasının sədri Eldar Zeynalov hər gün saat 10:00-dan 17:00-dək videoqəbul keçirərək, məcburi köçkünlərin müraciətlərini cavablandırır.

Dövlət qayğısı sayəsində ildən-ilə mənzil-məişət şəraiti yaxşılaşdırılan məcburi köçkünlərin sayı artır. Bu il 7 mindən çox köçkün ailəsinə yeni yaşayış sahəsinin verilməsi nəzərdə tutulub. Bakı şəhəri ərazisində məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üzrə Tədbirlər Planı – Yol xəritəsinə uyğun olaraq 2020-2024-cü ildə həyat üçün təhlükəli vəziyyətdə yaşayan 23 850 məcburi köçkün ailəsi yeni mənzillə təmin olunacaq.

Qeyd edək ki, “Qobu park 3” yaşayış kompleksinə hazırda 1000-dən çox məcburi köçkün ailəsi köçürülüb və bu proses yekunlaşmaq üzrədir.

Bir daha internet-media təmsilçilərinə müraciət edərək vətəndaşların müraciətlərinə subyektiv yanaşmamağı, qərəzsiz və obyektiv araşdırma aparmadan məlumatları dərc etməməyi tövsiyə edirik. Dövlət Komitəsinin mətbuat xidməti KİV nümayəndələrinə açıqdır və hər zaman suallarını cavablandırmağa hazırdır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.08.2020
Bəzi yerlərə leysan yağıb - FAKTİKİ HAVA
03.08.2020
Millət vəkilləri şəhid baş leytenantın evini ziyarət etdilər
03.08.2020
Fazil Məmmədovun kürəkəni İngiltərədə MİLYONLUQ BİNA ALDI - FOTO
02.08.2020
Şəhid Elçin Mustafazadənin beş saniyəyə sığdırdığı son sözləri - VİDEO
02.08.2020
Azərbaycanda daha 639 nəfər COVID-19-dan sağalıb, 286 nəfər yoluxub