Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6994

Digər sorğular

“Qarabağ istiqamətində hücum etsək, bir həftəyə Ağdərəni, Ağdamı, Füzulini götürərik”

19:36  |    14 İyul 2020  |   E-mail  |  Çapa göndər


"Biz bu saat Ermənistanla sərhəddə vaxt itiririk, onlar başımızı qatırlar. Çünki..."

"Görmürsüz, Ermənistan nə qədər həyasızlaşıbsa, dövlət sərhəddimizi də pozub yeni ərazilər işğal etməyə çalışır..."

Son 3 gündə Tovuz istiqamətində gedən ağır döyüşlər zamanı yeni şəhid, dinc sakinlərin həlak olması xəbərləri gəlməkdədir.

Allah cəmi şəhidlərimizə, həlak olan vətəndaşlarımıza rəhmət etsin! Xüsusilə general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhid edilməsi gözlənilməz oldu. Əlbəttə, şəhidlər arasında rütbəsinə, vəzifəsinə rəğmən ayrı-seçkilik etmək olmaz. Amma onu da nəzərə almaq lazımdır ki, əsl döyüş generalı və ya polkovnikinin yetişməsi üçün də onillər lazımdır… Odur ki, dövlətimiz və ordumuz belə itkilərə qarşı düşməni ən sərt qaydada cəzalandırmalıdır… Və son məlumatlara görə, silahlı qüvvələrimiz artıq bu istiqamətdə gerçək addımlar atmaqdadır…

Cəbhə xəttində yaranmış son vəziyyətlə bağlı Moderator.az-a açıqlama verən tanınmış Qarabağ qazisi, istefada olan mayor Gəray Əsədov şəhid general-mayor Polad Həşimov haqqında kifayət qədər məlumatlı olduğunu bildirib.

“Tanıyırdım. Bir müddət əvvəl eyni ərazidə briqada komandiri də olmuşdu rəhmətlik… Çox qeyrətli, bacarıqlı peşəkar hərbçi, əsl döyüş, müharibə generalı idi…

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!..”

“Cəbhə xəttindəki son vəziyyət birinci Qarabağ savaşının iştirakçısı olmuş bir döyüş zabiti, qazi kimi sizə necə təsir bağışlayır. Nələr düşünürsüz?..” sualına cavab olaraq isə mayor G. Əsədov bunları deyib.

“Vallah, bu dəqiqə digər qazi qardaşlarımız kimi bizim də bağrımız çatlayır. Ali Baş Komandanın əmrini gözləyirik ki, biz də yaşımızın çoxluğuna baxmayaraq gedək ön cəbhəyə əlimizdən gələni edək...

Bu saat oturmuşam Bərdədəki kəndimizdə... Buradan həsrətlə Murov, Kəlbəcər, Laçın... tərəfə baxıram. Bizim evdən Murovdakı döyüş mövqelərinə cəmi 18 km-dir. Biz niyə gedib o məsafəni qət edib, düşməni darmadağın edib Kəlbəcərə, Ağdərəyə, Laçın bayraq sanca bilmirik?.. Özü də bunun üçün kifayət qədər gücümüz var...

Pandemiya dövründən öncə biz veteranlar təşkilatlarının xətti ilə mütəmadi olaraq Qarabağda ermənilərlə təmas xəttində yerləşən hərbi hissələrimizdə səfərdə, görüşlərdə olurduq. Bu baxımdan, həm də özüm də 1995-1999-cu illərdə Beyləqan istiqamətində zabit kimi xidmət etdiyimdən oradakı qoşunlarımızın gücünə bələdəm. Və bunu bir peşəkar zabit, döyüşçü, qazi kimi əminliklə deyirəm: bu saat fürsətdir, əmr verilsə, inanın ki, uzağı, bir həftəyə Ağdamı,Ağdərəni, Füzulini ermənilərdən azad edə bilərik... Yəni, əlbəttə, doğrusunu ali komandanlıq bilir. Amma fikrimcə, biz bu saat Ermənistanla sərhəddə vaxt itiririk, onlar başımızı qatırlar. Çünki bizim o istiqamətdə hücuma keçməyimiz ermənilərin beynəlxalq səviyyədə böyük hay-küy qaldırmasına, KTMT-ni-filanı köməyə çağırmasına səbəb ola bilər. Ancaq Qarabağ bizim hüquqi ərazimizdir. Bu istiqamətdə geniş hücuma keçsək, bizə beynəlxalq hüquq baıxmından da heç kəs irad tuta bilməz. Deyə bilərik ki, görmürsüz, Ermənistan nə qədər həyasızlaşıbsa, dövlət sərhəddimizi də pozub yeni ərazilər işğal etməyə çalışır. Yəni əlimizdə bəhanə də var...

Bir daha təkrar edirəm. Digər qazi qardaşlarım kimi, mən də daim ön cəbhəyə yollanıb qələbəmiz üçün əlimdən gələni etməyə hazıram. Və yaranmış vəziyyətlə bağlı ayrı-ayrı qazilərin, veteran cəmiyyətlərinin Ali Baş Komandan ünvanladığı bu məzmunlu müraciətə mən də qoşuluram:

“Ermənistanla bütün danışıqlardan rəsmən imtina edilməli, Minsk Qrupu rədd edilməli, dövlət və xalq olaraq yumruq kimi birləşib, səfərbər olub düşmən Ermənistanın üzərinə yeriməli və qısa müddətdə torpaqlarımızı işğaldan azad etməliyik!

Ya şəhid olmalıyıq, ya da qazi!

Yetər artıq!..” – deyə keşmiş Qarabağ döyüşçüsü qətiyyətlə bəyan edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.08.2020
Ermənistan ilə faşist Almaniyası arasında oxşarlıqlar nədir? - VİDEO
02.08.2020
Qarabağ təxribatına əl atan erməni idmançı döyüldü - Foto
02.08.2020
Bu hadisələr Ermənistanın faşist mahiyyətini bir daha göstərdi - Qənirə Paşayeva
27.07.2020
Siyəzəndə 6 yaşlı qız kanalda batıb
26.07.2020
Gürcüstandan Ermənistana 300 hərbi texnika aparılıb?