Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7004

Digər sorğular

"Bu qədər qanın içərisində atəşkəs yox, qisas istəyirəm" - Raquf Orucovun xanımı şəhid generaldan yazdı

18:11  |    14 İyul 2020  |   E-mail  |  Çapa göndər


Aprel döyüşlərinin qəhrəmanlarından biri, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova bu gün Ermənistan ordusu ilə döyüşdə həlak olmuş general-mayor Polad Həşimov haqqında ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin feysbuk səhifəsində olduqca təsirli paylaşım edib.

Qaziler.az xəbər verir ki, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinə rəhbərlik edən S. Orucova bu fikirləri “Facebook”dakı səhifəsində bunları yazıb:

“Sübh tezdən acı xəbəri aldım, amma qəbul edə bilmədim, inanmadım.. Düşündüm ki, yəqin səhv olub... Raquf şəhid olanda da bu cür qarşılamışdım... Sən demə, iki qəhrəman dostun ruhları artıq qovuşubmuş. Sən demə, Vətənim daha bir igid, cəsur qəhrəmanını öz qoynuna almış. General Polad Həşimov... Raqufun silahdaşı, dəyər verdiyi dostlarından biri. Mənim ümidim Sizlərə idi, Raqufu itirəndən sonra, Sizdən gözləyirdim Raquf kimi minlərlə şəhidimizin qisasını.

Əsgərinin önündə səngərdə döyüşmək, şəhid olmaq, rütbəsindən asılı olmayaraq hər bir Vətən sevdalısının əqidəsidir!

2016-cı ilin qələbə ruhlu Aprel döyüşlərindən sonra mən yalnız bacardıqca şəhidlərimizi gənc nəslə tanıdıb, onların döyüş yolunu təbliğ etmişəm. Qisas gününü gözləmişəm, itirdiklərimizin, şəhid ruhlarının, şəhid Vətənimizin qisasını. Bu gün o gündür! Artıq yetər bu mənfur düşmənlə hər savaşdan sonra atəşkəsi bərpa etmək! Yetər şəhidlərimizin məzarı önünə başıaşağı günahkar kimi getmək! Bu Vətən bizimdir! Hər bir şəhidimiz bu Vətənin bir daşı, torpağıdır! Vətən naminə birləşməliyik, içimizdəki xainləri məhv edib, düşməni birdəfəlik yarandığı torpaqlara geri oturtmalıyıq!

Bu qədər qanın içərisində mən atəşkəs yox, qisas istəyirəm. Qarabağ uğrunda şəhid olan bütün qəhrəmanlarımızın qisasını.. Ya məhv olaq, ya da xalq kimi zəfərlə doğulaq! Daha kimin şəhid olmasını və ya daha nə baş verməsini gözləyirik? Arxalı, harınlamış, yağı düşmən artıq dövlət sərhədimizi pozur. Hamımız öz cəbhəmizdə döyüşə hazırıq! Yetər ki, torpaqlarımız azad olunsun! Yetər ki, biz şəhid ailələrinin göz yaşı qurusun! Düşmənə aman verməyək! Bu gün bütün Azərbaycan döyüşçüdür!

Ruhun şad olsun, cənab General!
Görüşəndə Raqufa salam de...”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.08.2020
Baş Nazirdən pandemiya dövründə kafe və restoranlarla bağlı QƏRAR
11.08.2020
Çavuşoğlu: "Azərbaycan və Türkiyə arasında pasporta ehtiyac olmamalıdır"
11.08.2020
Ziya Məmmədov Ramiz Mehdiyevin müdafiəsinə qalxdı: “Hamısı qaraniyyətli adamlardır”
11.08.2020
Millət vəkili iki oğlunun təhsili üçün 300 min dollar xərcləyib
11.08.2020
Azərbaycanda 84 nəfər koronavirusa yoluxub