Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6997

Digər sorğular

Deputat Arzu Nağıyev: “Ermənistan tərəfində çoxsaylı itkilər var” - AÇIQLAMA

11:39  |    14 İyul 2020  |   E-mail  |  Çapa göndər

Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində gecədən etibarən vəziyyət gərginləşib. Ermənistan tərəfi D-30 haubitsaları ilə rayonun iki kəndini atəşə tutub.

Bu barədə Oxu.Az-a açıqlamasında hazırda Tovuz rayonunda olan millət vəkili Arzu Nağıyev məlumat verib.

A.Nağıyev bildirib ki, vəziyyət gərgin olaraq qalır, intensiv atışmalar davam edir:

“Atəşkəs artıq tam şəkildə pozulub. Hər iki tərəf ağır artilleriyadan istifadə edir. Təəssüf ki, itkilərimiz var, bu barədə hələlik hər hansı konkret məlumat yoxdur. Amma bu cür intensiv atışmalar nəticəsində itkilər qaçılmazdır. Əsasən, Tovuzun Ağdam kəndini və Dondar Quşçu kəndini atəşə tutublar. Əhalinin ən çox yaşadığı və vəziyyətin gərgin olduğu bu iki kənddir”.

Millət vəkili artıq rayonun özündə də atəş səslərinin eşidildiyini deyir:

“Gecə saat 2-də özüm Ağdam kəndində olmuşam. Yaşayış məntəqələrinə, əhaliyə ağır artilleriyadan atəş açılır. Lakin şükürlər olsun ki, mülki əhali arasında itki yoxdur. Onların təhlükəsizliyi üçün qabaqlayıcı tədbirlər görülür. Azərbaycan Ordusunun bölmələri tərəfindən ermənilərə layiqli cavab verilir. Ermənistan tərəfində çoxsaylı itkilər var”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.08.2020
Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi təsdiqlənib - SİYAHI
08.08.2020
Naxçıvan Qarnizonu Qoşunlarında hərbi andiçmə mərasimləri keçirilib - VİDEO
08.08.2020
Azərbaycanda koronavirusdan ölən tibb işçiləri daha çox kimlərdir?
08.08.2020
Prezidentin köməkçisi: "Həkimlər mükafatlandırılacaq"
08.08.2020
Dövlət şirkətləri niyə büdcəni “yeyir”?